Page 86 - book-online
P. 86
ìÿä Àüàîüëó

O, bütün hәyatı boyu Qazidәn başqa bir kimsә
barәsindә ogünkü qәdәr aşağı notdan başlayaraq
danışmamışdı. Baş vәkili nәzәrdә tutub “Şefimin ayaqları
altında ölmәyә hazıram!” – deyirdi. Lakin qarşısındakı
ağıllı, tәcrübәli, insan psixologiyasına dәrindәn bәlәd
olan bir idarәçi idi. Topçu minbaşısının onun fәriq (ordu
generalı – V.Q.) rütbәsi önündә titrәdiyini yaxşı başa
düşürdü. Odur ki, bütün siyasi hәyatının әn satirik, әn
iynәli, әn aşağılayıcı, әn hәqarәtli çıxışını etmәk üçün
dәrhal kürsüyә qalxmaq fürsәtini әldәn vermәdi: “Madam
ki, ayaqlarım altında ölmәyә hazırsan, öl o zaman!”

O gündәn hәyatını qaraldan bu kinin böyük, qüdrәtli
pәncәlәri altında hәyatının sonuna qәdәr çapaladı. Özünü
xilas etmәk üçün göstәrdiyi tәşәbbüslәrin hamısı boşa
çıxdı. İşinin Divani-Aliyә verilmә qәrarından öncә Mәclis
kürsüsündә “İzmit sahilindәn hәr keçdiyi zaman “Yavuz”
vә digәr gәmilәrimizin tәmiri üçün gәtirilәn “Hovuz”un
çәkiclәri onun da başına enәcәk” – deyә bağırarkәn, bu
sözlәrlә işarәt elәmәk istәdiyi adam istehza ilә gülür,
ürәyindә “O çәkiclәr әvvәlcә sәnin başını parçaladı” –
deyirdi.

Mәclis araşdırması uzun sürmәdi. Amma
Cümhuriyyәt tarixinin әn diqqәtәlayiq hadisәlәrindәn
biri baş verdi. Əski minbaşı, sabiq vәkil bu tәhqiqat
әsnasında tәmir işinin tapşırıldığı firmaya baş vәkilin
zamin durduğunu, tәklif olunan iki müәssisәdәn birinin
üstündәn xә çәkәrәk o birisini seçdiyini sübuta yetirәn
sәnәdlәri xatırlatdığı zaman İsmәt Paşa “Xә mәnim,
mәsuliyyәt isә onundur. Kim bilir, mәnә nә yalanlar
söylәyib ki, sonda qәbul etmәyә mәcbur qalmışam!” –
dedi. Bununla da üzәrinә düşә bilәcәk hәr hansı
mәsuliyyәt kölgәsini başlanğıcdan qәtiyyәtlә rәdd etdi.

86
   81   82   83   84   85   86   87   88   89   90   91