Page 87 - book-online
P. 87
Àòàìûí äîñòëàðû

Komissiyanın iclaslarından birindә әski bәhriyyә
vәkilinin bu vәzifәyә tәyin olunmazdan әvvәl iki dostu –
Ənvәr Paşanın keçmiş yeznәsi Nazim bәy vә Bilәcik (o
zamanlar Ərtoğrul adlanırdı) millәt vәkili doktor Fikrәt1
ilә qurduqları şirkәtdәn bәhs olundu. Ondan hansı
sәbәblәrә görә ticarәt işlәrinә girişdiyi soruşuldu. Bu
sual bәhriyyә vәkilini son dәrәcә hiddәtlәndirdi. Rәisin
ağzındakı siqarı qapıb bir neçә dәrin qullab vurandan
sonra “Bunu mәndәn niyә soruşursunuz?” – deyә bağırdı.
“Hamınız, başda rәisimiz olmaqla, “zәnginlәşmәk
lazımdır, demokratiya zәnginliyә әsaslanır” demirdinizmi?
Hamınız eyni şәkildә iş qurmamışdınızmı?”

O axşam evinә telefon etdilәr. Çox yaxşı tanıdığı
sәsin sahibi ona aşağıdakı sözlәri söylәdi:

“Sәn nә edirsәn? Heç dar ağacından asılanlar da
mәnim haqqımda danışmaq cәsarәti göstәrmәdilәr”.

Cavab vermәyә macal tapmamış, o başda dәstәk
asıldı.

Bu söhbәtdәn sonra bütün ümidlәrin puç olduğunu,
hәr şeyin sona çatdığını anladı. Amma yenә dә Mәclisdә
özünü bacardığı qәdәr müdafiә etmәyә qәrar verdi.
Qüdrәtli düşmәni isә cәsarәtini Mәclis tarixinin bәlkә
dә әn kobud, qaba cümlәsi ilә qarşılayıb elә başlanğıcda
da durdurdu: “Başını yem torbasına soxub iyrәnc әmәllәrlә
mәşğul olan bu adam!”

Ardınca qorxunc, hәzin, kabus vә qarabasmalarla
dolu bir röya başladı. Bir axşam gec saatlarda evini yüz
nәfәr polis birdәn basdı. Keçiörәnin kiçik meydanında
gәliş-gediş durduruldu. Az sonra bir düjün avtomobil
sürәtlә Ankaraya doğru yol aldı. Evdә gәnc xanımı üç

1 Fikrət Onuralp (1887-1946) – türk həkim və siyasət adamı. Cümhuriyyət Xalq
Partiyasından I, II və III TBMM üzvü olmuşdu.

87
   82   83   84   85   86   87   88   89   90   91   92