Page 90 - book-online
P. 90
ìÿä Àüàîüëó

mәqamlardan birәr-birәr bәraәt aldığını gördü. Hәmin
dәqiqәlәrdә ümid işığının, bir anlıq da olsa, üzündә
parladığını sezmәmәk mümkün deyildi. Yoxsa şәrәfini,
heysiyyәtini, hәyatını, hә a gәlәcәyini dә bu mәngәnәnin
arasından qurtarmağa nail olmuşdu?

Heyhat! Parlayan ancaq keçici bir ümid işığı idi. Di-
vani-Ali istintaq heyәtinin suç saydığı maddәlәrin hamısı
üzrә onu günahsız hesab etdiyi halda, mәhkәmә prosesindә
meydana çıxan bir mәktub – “Yavuz” zirehlisinin tәmirini
üzәrinә götürәn firmanın mәktubu bütün işlәri pozdu.
Hәmin sәnәddә “Ankarada sözükeçәn kimsәlәr arasında
paylanmaq üçün filan qәdәr yüz min frankın” göndәrildiyi
bildirilirdi. Keçmiş bәhriyyә nazirinin sәlahiyyәtinin
başa çatmasına bir neçә gün qalmış sifariş müqavilәsini
imzalaması onunla bağlı şübhәlәri daha da artırdı.
Mәhkәmә adı çәkilmәyәn nüfuzlu kimsәnin başqa birisi
deyil, mü әhimin özü olması qәnaәtinә gәldi. Nәticәdә
hәr hansı sәnәd-sübutlara vә dәlillәrә yox, sadәcә ehtimala
әsaslanıb onu rüşvәtә bulaşmaq şübhәsi ilә mәhkum
etdilәr.

Şәxsiyyәti vә yüksәldiyi mәqamlar nәzәrә alınarsa,
keçmiş bәhriyyә nazirinә qarşı irәli sürülәn i ihamlar
Cümhuriyyәtә vә inqilaba da tәsirsiz ötüşә bilmәzdi.
Bәlkә, bütün ölkә onun günahkar olduğunu düşünürdü.
Bәraәt alsaydı, bir kimsә tәqsirsizliyinә inanmayacaq,
hәr kәs işin yolunu tapıb canını qurtardığını deyәcәkdi.
Mәhkum edilmәsi isә әn azı bu üsulla yeni Cümhuriyyәtin
vә inqilabın fәzilәti sayılacaqdı: insanlar düşünәcәkdi
ki, rüşvәt, çapovulçuluq, yolsuzluq vәzifәsindәn sui-
istifadә kimi yaramaz hallar kim tәrәfindәn, hә a onuntәk,
rejimin әn yuxarı pillәlәrinә yüksәlmiş bir insan tәrәfindәn
dә törәdilmiş olsa, sonda mütlәq cәzasını alacaqdır!

90
   85   86   87   88   89   90   91   92   93   94   95