Page 93 - book-online
P. 93
Àòàìûí äîñòëàðû

canlandı. Lakin indi әvvәlki coşqun, mәğrur, qorxusuz
insan deyildi. Daha çox qulaq asır, xatirәlәrini bölüşür,
hadisәlәrin cәrәyanından çıxardığı nәticәlәrin doğru
olub-olmadığını soruşurdu. Ən çox da günahsız yerә
hәbsә atıldığını hәr kәsә isbat etmәyә çalışırdı. Mәhkәmә
macәrasını әvvәldәn sona, әn kiçik tәfәrrüatına qәdәr
danışıb qurtarandan sonra qarşısındakına diqqәtlә baxır,
üz-gözündәn haqlı olduğuna inanıb-inanmadığını
öyrәnmәyә çalışırdı.

Bu sırada tәqaüdü ilә bağlı çox hәssas mәsәlә әski
bәhriyyә vәkilini vә qüdrәtli düşmәnini yenidәn qarşı-
qarşıya gәtirdi. Rәvayәtә görә, aralarında görüş keçiril-
mәsini, danışıq aparılmasını istәyәn, hә a әmr edәn
Atatürk olmuşdu. Boş, mәnasız bәhanә ilә hәbsә atılıb
ömrünün iki ilini mәhbәsdә keçirsә dә, Atatürk Milli
Mücadilә illәrindәki hәrarәtli dostluğun xatirәlәrinә say-
ğı göstәrәrәk, onun tәqaüd haqqının tanınmasını istәyirdi.

İsmәt Paşa ilә bu qarşılaşma, deyilәnә görә, İstanbulda,
bir hotel otağında baş tutmuşdu. İkisi dә hissiz, hәyәcansız,
soyuq nәzakәt havasında bir neçә kәlmә danışmışdılar.
Sonra isә bir daha heç zaman görüşmәmәk şәrti ilә
hәmişәlik ayrılmışdılar.

Bir gün qәzetlәrdәn Atatürkün İsmәt Paşanı baş
vәkillik vәzifәsindәn uzaqlaşdırdığını oxudu. Gözlәdiyi
günlәr, nәhayәt, yaxınlaşırdı. Dәrhal yeni mәhkәmә
keçirilmәsi imkanlarını araşdırmağa başladı. Bir qisim
vәkillәr bunun yalnız xüsusi qanun qәbulu yolu ilә
mümkün ola bilәcәyini dedilәr. Çünki mәhkumluq
qәrarını Divani-Ali vermişdi. Millәt Mәclisindәki keçmiş
dostları vasitәsi ilә siyasi ab-havanın istәyinә uyğun
olub-olmadığını yoxladı. Xeyr, indiki halda mümkün
görünmürdü. Bir az da gözlәmәk lazım idi. Lakin yaşı

93
   88   89   90   91   92   93   94   95   96   97   98