Page 95 - book-online
P. 95
Àòàìûí äîñòëàðû

mәhkәmәlәrinin әzәmәtli rәisi necә bir vәziyyәtә
düşmüşdü?!

Atam öldüyü zaman әski bәhriyyә vәkili hәqiqi
iztirab günlәri yaşadı. Ölәnin simasında tam on yeddi
illik bir keçmişin, hәm dә öz keçmişinin xatirәlәri vardı.
Bir axşamçağını xatırlayırdı. Keçiörәndәki evimizin sa-
lonunda o, xanımı, birlikdә mәhkum olunduğu Sapancalı
Haqqı ilә xanımı, anam vә bacı-qardaşlarımla bir yerdә
oturmuşduq. Bir gün öncә edam olunan mәrhum Cavidin1
dar ağacından asıldığı zaman şüurunu qeyb etdikdәn
sonra bәzi qәribә әl-qol hәrәkәtlәrindәn gülә-gülә danışır-
dılar. Əski bәhriyyә vәkili Cavidin dar ağacının altında
skamyaya qalxarkәn Allahın zalımları cәzalandıracağını
söylәmәsindәn söz açıb “Haydı, baxalım, – demişdi, – qoy
Allahın sәnin intiqamını alsın da, görәlim”.

Anam birdәn ayağa qalxdı. Üzü sapsarı idi.
Gözlәrindәn yaş axırdı. Titrәk sәslә “Gülmәyin! Gülmәyin! –
deyә çığırdı. – Bu, Allaha xoş getmәz. Hamımızın başına
eyni fәlakәt gәlә bilәr”.

“Sitarә xanımın haqqı varmış! İndi inkarlarımın
cәzasını çәkirәm”.

Xanımının ölümü onu çox pәrişan etmişdi. Arala-
rındakı yaş fәrqinә, qısqanc xasiyyәti ilә әn xoş günlәrini
zәhәrә döndәrmәsinә baxmayaraq, yüksәliş vә tәnәz-
zülünün bütün mәrhәlәlәrindә hәmişә әrinә әn qüvvәtli
tәşviq, tәsәlli, toxtaqlıq qaynağı olan bu gözәl, çox gözәl
qadın gәnc yaşlarında öldüyü zaman özünü dәrin, zil
qaranlıq bir uçurumun dibinә yuvarlanmış kimi hiss

1 Mehmet Cavid bəy (1875-1926) – İttihad və Tərəqqi hərəkatının liderlərindən
biri, gənc türklər hökumətinin maliyyə naziri. Atatürkə İzmir sui-qəsdinin təşkilində
müqəssir sayılaraq İstiqlal Məhkəməsinin qərarı ilə dar ağacından asılmışdı.

95
   90   91   92   93   94   95   96   97   98   99   100