Page 99 - book-online
P. 99
Àòàìûí äîñòëàðû

QADIN ŞAİRİ

Bütün hayatımı onlar verir de ben yaşarım,
Kadınlar olmasa öksüz qalırdı әşarım!

İncә, uzun boyu, skeletә bәnzәyәn sarı üzü,
çiyinlәrinә tökülәn saçları ilә qәlәmindәn çıxan
bu misralara vә şairlәr üçün әski zamanlardan
mәqbul sayılan klassik görünüşә o qәdәr dә uyğun
gәlmirdi. Hәyatı da, demәk olar ki, başdan-başa eşq, şeir
vә bunların әtrafında cәrәyan edә bilәcәk müxtәlif
hadisәlәrlә keçdi. Bәlkә yüz dәfә aşiq oldu. Amma üç
dәfә evlәndi. Birinci arvadı әtli-canlı, sevimli, qarayanız
bir xanımdı. İkinci ilә üçüncü isә zәrifliklәri, incәliklәri
ilә şairin özünә bәnzәyirdi. Uşaqları yalnız birinci vә
üçüncü xanımından idi. Hamısı da ataları ilә dostluq
edirdi.
Birinci xanımı şairi ruhunun dәrinliklәrinә qәdәr
tanımışdı. Qәlbini dә elә o dәrinliklәrdәki parıltılara
vermiş, hә a gözlәri qamaşmışdı. Fәqәt şair dәlicәsinә
sevәn qadına sәbir, sükunәt, tәvәkkül verәcәk mistik
ruh yerinә onu qısqanclıqlar, hiddәt, qәzәb, darğınlıq,
göz yaşları, hıçqırıqlar içәrisindә pәrişan edәn çox
dәyişkәn vә hәr şeyi öz iradәsi altına salan xarakterә
sahib idi. Bu sәbәbdәn üç uşaqdan sonra ayrıldılar. Daha
doğrusu, şair evdәn getdi.
İndi gözlәrimin önündә canlanan mәnzәrәni hәyәcanla
seyr edirәm: Şair, xanımı ilә ağır bir qovğadan sonra
Ankaraya gәlmişdi. Keçiörәn bağlarında bizә müsafir

99
   94   95   96   97   98   99   100   101   102   103   104