Page 103 - book-online
P. 103
Àòàìûí äîñòëàðû
Midhәt Paşa küçәsindә yerlәşirdi. Şairin evi dә tam bizim-
kinin qarşısında idi. Demәk olar ki, eyni vaxtda yatağa
düşmüşdük. Qadın şairi bu dәfә hәyatının süsü olan
vәrәmdәn deyil, xәrçәngdәn әziyyәt çәkirdi. İki ay davam
edәn tәhlükәli xәstәliyim sırasında dәfәlәrlә onu
düşünmüşdüm. Özümün ölә bilәcәyim ağlıma da
gәlmirdi. Fәqәt sıra şairә gәlәndә fikirlәşirdim ki, “o, bu
sәfәr mütlәq ölәcәk. Heç olmasa, sonuncu dәfә dә görә
bilsәydim”. Bir müddәt sonra vәziyyәtim nisbәtәn
yaxşılaşdı, İstanbula aparıldım. Bir ayın tamamında geri
dönüncә ilk işim atamın şair dostunu ziyarәt etmәk
oldu. Uzadıldığı yataqda bir skeletdәn fәrqi yox idi.
Mәni gördüyü zaman hәyәcanlandı. Güclә eşidilәcәk
sәslә “Sәmәd, – dedi, – sәni ayaq üstdә, sağlam görmә-
yimdәn çox bәxtiyaram. Kim bilir, Əhmәdim nә qәdәr
üzülüb”. Sonra isә dodaqlarını güclә tәrpәdәrәk әlavә
etdi: “Ölmәmişdәn әvvәl atanı da bir dәfә qucaqlaya
bilsәydim...”

103
   98   99   100   101   102   103   104   105   106   107   108