Page 108 - book-online
P. 108
ìÿä Àüàîüëó

yerdә açıqdan-açığa, bağıra-bağıra söylәmәkdәn çәkin-
mәdi. Onun hәmin sözlәri etibar etdiyi adamlar isә artıq
qaranlıqda öz silahlarını hazırlayırdılar. Lakin keçmiş
nazir әsla baş verәnlәrin fәrqindә deyildi. O, kiçikliyindәn,
yaxud böyüklüyündәn asılı olmayaraq pisliyә nifrәt edir,
pisliklәrә açıq münasibәt bildirmәyi vәzifәsi sayırdı.

Bir gün atama Babi-Alidә rast gәlmişdi. Görüşüb-
öpüşdükdәn sonra heç hal-әhval tutmamış uca sәslә
qışqırmağa başlamışdı:

– Sәn, necә olur ki, bütün bu hallara dözürsәn?
– Hansı hallara?
– Bütün baş verәn yaramazlıqlara, kim olduqları
bilinmәyәn bu bir dәstә adamın özlәrini bunca yuxarı
tutmalarına!
Atam qolundan yapışmışdı:
– Yoldan ötüb-keçәnlәr bizә baxırlar. Yavaş danış,
sakit ol! Unutma ki, indi şikayәtçi olduğun adamlar
mәndәn daha әvvәl sәnin gәnclik dostların, azadlıq
uğrunda mübarizә yoldaşlarındır. Vә bir dә onlar irәli
atılıb taleyin mәnhus bir oyunu nәticәsindә bizim
әllәrimizdә yıxılan vәtәni qurtardılar, sәnin vә mәnim
Cümhuriyyәt röyamızı hәqiqәtә çevirdilәr.
Atamı bәrk itәlәmişdi:
– Sәndәn dә bir xeyir yoxmuş. Bir daha görüşmәmәk
üzrә! Allaha ismarladıq! – deyib getmişdi.
Atam evә gәldi. Anama “Bilirsәnmi, ... – gördüm.
Mәnimlә elә danışdı ki, qorxdum. Onu bu cür dillәndirir,
danışdırırlar. Başına bir iş gәlә bilәr. Belә getsә, mütlәq
bir oyun çıxaracaq” – dedi.
Nәhayәt, mәşum sui-qәsd tәşәbbüsü baş verdi. Onu
dәrhal yaxaladılar. Heyrәtlәr içәrisindә qaldı. Əslindә
özü şikayәtçiydi. Fәqәt sui-qәsdçi? Əsla! Bu әxlaqsız,

108
   103   104   105   106   107   108   109   110   111   112   113