Page 112 - book-online
P. 112
ìÿä Àüàîüëó
әmәk qanunu layihәsinin mahiyyәtindәki “İş mәcәllәsi”ni
hәyәcanla tәqdim etmәsi üçün kifayәt idi. Türk işçi
hәrәkatı, fәhlә hüququ ilә bağlı mәsәlәlәr tarixindә onun
yeri gәlәcәkdә, әlbә ә, tәqdir vә tәsbit edilәcәkdir.
Siyasi tarix professoru bir tәrәfdәn sosialist ictimai
dünyagörüşünü romantik zehni mәşğәlә halında davam
etdirir, o biri tәrәfdәn isә qatı milliyyәtçi anlayışına
sahib olduğunu göstәrmәkdәn çәkinmirdi. Bu iki fәrqli
fikrin yaratdığı tәzadın mәngәnәlәri arasında, hәqiqәtәn,
tәrәddüd keçirdiyi anlar da olurdu. Yәqin, elә hәmin
tәrәddüdlәr nәticәsindә dә içәrisindә yaşadığı fikir
tәzadlarını izah etmәyә qadir bir mәşğuliyyәt sahәsi
axtararkәn siyasi tarix elmini seçmişdi. Bu, keçmiş xәritә
yüzbaşısının mәkan zәminindәn zaman sahәsinә
atlanmasından başqa bir şey deyildi. Lakin qәribәdir ki,
hәyatında nә zamanın, nә dә mәkanın mövqeyini dәqiq
müәyyәn edә bildi. Onun hәyatının bir çox hadisәlәri
zamansız baş verdi. Əslindә hәlә bu addımları atmağın
yeri deyildi. Zamanı gәlib çatmamışdı. Tәkpartiyalı
sistem bütün gücü ilә meydan suladığı bir vaxtda büdcәdә
qәnaәtcillik tәdbirlәri barәsindә mәsәlә qaldırmaq fikrinә
düşmüşdü. Lakin kürsüyә çıxarkәn ağlına gәlәn yeganә
tәklif baş vәkillә vәkillәrin xidmәti avtomobillәrinin
әllәrindәn alınması oldu. Dövrün baş vәkili1 Mәclisdәn
sifәti bir qarış sallanmış halda çıxdı, maşınının qapısını
açan sürücüsünә sәrt nәzәrlәrlә baxıb yaxınlıqda dayanan
polisә “Mәnә bir maşın çağırın!” – deyә әmr verdi vә
hamının heyrәtli baxışları altında yaxınlaşan taksiyә
әylәşib evinә getdi. O gündәn siyasi tarix professorunun
sәsi vә saqqalı bir az daha titrәk hala düşdü.
1 Haqqında söhbət gedən dövrdə Baş vəkil – Baş nazir İsmət İnönü (1884-1973)
idi.
112