Page 115 - book-online
P. 115
Àòàìûí äîñòëàðû

tәklif etdi. Çox yaxşı bәlәd olduğum bu kitabxanaya
ayaq basdığım zaman professorumu, üstü kağızlar,
kitablar, rәsmlәrlә dolu masanın arxasında yenә dә
gözlәrindә istehzalı qığılcımlar oynaşan bir şәkildә bizә
baxdığını sandım. Dostum kitabları qarışdırmağa başladı.
Arada qәribә bir mәktub tapdığını söylәyib saralmış
kağız parçasını mәnә uzatdı. Orada oxuduqlarıma inan-
maq mümkün idimi? Hamı razılaşar ki, Birinci Dünya
müharibәsinin nәticәlәri türk millәti üçün son dәrәcә
ağır olmuşdur. Lakin hәr kәsin sәrbәst şәkildә gәlib
çıxacağı bir nәticә professoru niyә bu dәrәcәdә
bәdbinlәşdirmiş, yazıda әks olunan düşüncәlәr qәlbinә
vә beyninә necә yol tapmışdı? Əlimdәki mәktub heç
vaxt tarixin malı olmamalı idi. Dostumun üzünә baxdım.

"Mәnә qulaq as! – dedim. – Mәktub dәrin bir ruhi
sarsıntı halında yazılıb. O, sәnin dә müәllimin sayılır.
Bu mәktubun qәlәmә alındığı gün müәllimimizin çәkdiyi
iztirabları başa düşmәliyik. İndi mәnim görәcәyim iş,
tәbii ki, hәmin iztiraba layiqdir".

Dostum başını aşağı dikәrәk qәrarımı gözlәyirdi.
Kağızı tikә-tikә elәyib yandırdım.

O, “Arvadımdan sonra yaxın dostlarım da mәni atıb
gedirlәr. İndi bu hәyatda tәkbaşına nә iş görәcәyәm?” –
demişdi. Atamın iztirablı düşüncәlәrә sövq edәn ölümü
belә olmuşdu: bir axşamüstü yanında uşaqları, әllәri
onlar üçün aldığı hәdiyyәlәrlә dolub-daşmış halda
Heydәrpaşa stansiyasından tәrpәnmәkdә olan qatara
tәlәsirdi. Birdәn dayandı, әllәrini boğazına apararaq yerә
yuvarlandı. İki balaca uşaq heyrәt vә qorxu içәrisindә

115
   110   111   112   113   114   115   116   117   118   119   120