Page 117 - book-online
P. 117
Àòàìûí äîñòëàðû

ÜÇ İNSAN

Üçü dә özgә millәtlәrin, özgә dinlәrin әsarәtindә
olan yurdlarından köç edib Osmanlı
imperatorluğunda, xәlifәnin yanında, bir
tәrәfdәn böyük İslam birliyi, o biri yandan Turan idealının
gerçәklәşmәsi uğrunda çalışmaq amalı ilә İstanbula
gәlmişdilәr. Əbdülhәmid iqtidarının qaranlıq, sükunәt
vә durğunluqla sәciyyәlәnәn son illәrindәn Mәşrutiyyәtin
hәyәcan, hәvәs, hәmlә dolu dövrünә keçilәr-keçilmәz,
birinә Rusiya әleyhinә vә İslam lehinә tәbliğat işlәrini
qurmaq vәzifәsi verildi. Bu işi bütün Şәrq mәmlәkәtlәrini
at belindә gәzib dolaşaraq yerinә yetirәcәkdi. Yәqin ki,
sәfәr zamanı әsla tәrәddüd etmәdәn vizit kartına ad vә
soyadının yerinә “Sәyyahi Şәhir” – yәni “Tanınmış sәy-
yah” ünvanını yaza bilәrdi.

İkincisinin üzәrinә düşәn vәzifәni isә şirin sәsi,
Quran vә hәdislәri anlamaq vә anlatmaqdakı dәrin zәka-
sı, son dәrәcә tәvazökar xasiyyәti öz-özlüyündәn bәlli
etmişdi. Uzaq Şәrq mәmlәkәtlәrindә islam tәsirini yaymaq
yolunda çalışacaq, türklәrin möhtәşәm müsәlman alәminin
öncülü, düşünәn beyni olduğunu göstәrәcәkdi. Ona da
“Çin vaizi” dedilәr.

Üçüncüsü Şәrq vә Qәrb dillәrinә dәrin bәlәdliyi,
dünya dinlәrinin fәlsәfәsi üzәrindә araşdırmaları ilә
tanınmışdı. Fәaliyyәt meydanı İstanbul Darülfünununun
kafedralarından biri olacaqdı.

Uşaqlıq xatirәlәrim arasında atamın bu üç dostuna
aid olanlar yadımda qalanların yalnız әn köhnәlәri deyil,
hәm dә әn davamlılarıdır.

“Sәyyahi-Şәhir” ilә evlәrimiz İstanbulun eyni
mәhәllәsindә – Molla Güranidә yan-yana idi. Bir evin

117
   112   113   114   115   116   117   118   119   120   121   122