Page 121 - book-online
P. 121
Àòàìûí äîñòëàðû

Dünya müharibәsinin sonunda i ihadçılarla birlikdә
gözdәn, nәzәrdәn düşdü. Artıq İstanbul düşmәn
qüvvәlәrin әlinә keçmişdi, atam tutulub Malta sürgününә
göndәrilmişdi. Uşaqlıq dövrümün әn hәzin, qaranlıq
illәri belә başlamışdı. İndi evimizin qapısını – o vaxta
qәdәr hamının üzünә açıq olan, hәr kәsin sevә-sevә
girdiyi bu qapını çox az adam döyürdü. Belәlәrindәn
biri dә atamın vaiz dostu idi. “Çin vaizi” fәlakәtli
illәrimizin әn vәfalı dostu oldu. Özü dә daim tәqib
edilirdi. Düzdür, keçmiş dövrün siyasi mәsәlәlәrinә әsla
qarışmamışdı. Üzәrinә düşәn dini vәzifәni qayda-qa-
nunlardan bir addım kәnara çıxmadan yerinә yetirmişdi.
Bundan әlavә ixtilafçı xocalar arasında bәzi yaxın dost-
tanışları da vardı. Çox güman ki, elә bu sәbәbdәn üstünә
çox düşmәmişdilәr. Yalnız aylıq maaşını azaltmış, bir dә
vәz oxumasına yasaq qoymuşdular.

Milli Mücadilә zәfәrlә başa çatdı. Necә deyәrlәr,
yaman günün ömrü az oldu. Ancaq atamın dostu artıq
әski etibarını bәrpa etmәk iqtidarında deyildi. İnqilablar
onun düşündüyü dini islahatların hüdudlarını çox arxada
qoymuşdu. Şapka qanunu1 çıxanda sanki әvvәlki müva-
zinәtini bir qәdәr dә itirdi. Hә a arada-bәrәdә bu qanu-
nun әleyhinә danışmaq cәsarәti göstәrdi. Atam dostunun
hәyatında, bәlkә dә, ilk dәfә meydana çıxan әsәbiliyi us-
talıqla yatırtdı. Sakitlәşib özü üçün ayrılan bir neçә yerdә
imamlığını elәmәyә başladı, sonra isә, ümumiyyәtlә,
köçüb Kocamustafapaşa2 mәhәllәsinә yerlәşdi. İstanbulun
әn әski, kәdәr vә mәlal dolu bu sәmtindә özü kimi vaxtı

1 Atatürkün mədəni inqilablarının tərkib hissəsi olan “şapka qanunu” Türkiyə Böyük
Millət Məclisinin 25 noyabr 1925-ci il tarixli qərarı ilə qəbul edilmişdi. Qanuna
əsasən, ənənəvi Osmanlı fəsi aradan qaldırılmış və peşələr üzrə yeni baş
geyimləri müəyyənləşdirilmişdi.
2 Kocamustafapaşa – İstanbulun tam mərkəzinə, Fatih ilçəsinə bağlı tarixi
məhəllə.

121
   116   117   118   119   120   121   122   123   124   125   126