Page 124 - book-online
P. 124
ìÿä Àüàîüëó
lәrindәn biri sayılacaq "İslam Mәcmuәsi"nin1 dәyişmәz
prinsipi kimi “Dinlә dolu bir hәyat, hәyatla dolu bir
din” şәklindә әsaslandırdı. Öz hәyatını da әvvәldәn
sona qәdәr bu prinsipә uyğun yaşadı.
Atamın bu dostu ilә bağlı xatirәlәrimin ilk qismi
mәnә, nәdәnsә, sәslәr, rәnglәr vә baxışlar mәcmusu kimi
görünür. Hafizәmdә içәrisinә günәş işığı çәtinliklә yol
tapan bir salon canlanır. Örtüklәri açıq rәngli ipәklәrdәn
olan yüngül mebellәr, ağappaq divarlar, alçaq vә rahat
kreslolar arasında arıq, uzun, bәyazüzlü bir qadının
hәzin sәsini eşidirәm. Anaları kimi zәrif, incә, ağbәnizli
qız vә yәqin, qardaşı olan oğlanla oynamağa çalışıram.
Ancaq uşaqlar elә çәkingәndirlәr ki, hәvәsim ölür, gedib
anamın böyrünә qısılıram.
Bu ilk xatirәlәrin ardınca birdәn-birә atamın Malta
әsarәti illәri yada düşür. O dövrdә atamın dostu bizi
әsla tәk buraxmırdı. Demәk olar ki, hәr hәftә, bәlli gün-
lәrdә, bәlli saatlarda dimdik yeriyә-yeriyә qapımızdan
içәri girir, anamdan başlayaraq hәr birimizdәn, hәr kәsin
yerinә, yaşına görә hәr dәfә eyni sualları soruşur, bir az
oturandan sonra vidalaşıb gedirdi.
Dövrün siyasi cәrәyanlarına qoşulmadı. Amma buna
baxmayaraq, İ ihad vә Tәrәqqi liderlәri İslam birliyi,
türkçülük idealı, Rusiya mәsәlәlәri ilә bağlı hәr zaman
onun fikir vә mülahizәlәrindәn yararlanmağı bacardılar.
Mütarikә illәrindә işğal qüvvәtlәri darülfünunla әlaqәlәrini
kәsmәkdәn başqa ona hәr hansı bir tәzyiq göstәrmәdilәr.
Milli Mücadilәdәn sonra tәkrar darülfünundakı
yerinә qayıtdı. Darülfünun universitet olandan sonra da
kürsüsü özündә qaldı.
1 “İslam məcmuəsi” – 1914-cü ilin yanvarından 1918-ci ilin noyabr ayına qədər
İstanbulda iki həftədə bir dəfə nəşr olunan dini-tarixi jurnal
124