Page 120 - book-online
P. 120
ìÿä Àüàîüëó

müsәlman dünyasının tәrәqqi vә inkişafının yalnız
islamın canına sonradan müsәllәt olmuş zәrәrli, yanlış
inanclardan tәmizlәnmәsi sayәsindә gerçәklәşә bilәcәyinә
inanırdı. Bu işin öhdәsindәn isә ancaq türk dövlәtinin
gәlәcәyini düşünürdü. Mәsәlә ilә bağlı fikirlәrini, bir
tәrәfdәn mәcmuә vә qәzetlәrdә çap olunan yazıları,
digәr tәrәfdәn İstanbulun izdihamlı camilәrindә, çeşidli
İslam mәmlәkәtlәrinin böyük şәhәrlәrindә etdiyi vәzlәrlә
cәmiyyәt arasında yayırdı. Bu liberal, cәsur, qüvvәtli
vәzlәr dövrün tәәssübkeş kәsimini, milliyyәtçilik
cәrәyanının düşmәnlәrini hәdsiz hiddәtlәndirdiyindәn,
haqqında ortalığa müxtәlif dedi-qodular çıxarır, bu vasitә
ilә onu tutduğu yoldan çәkindirmәyә çalışırdılar. Lakin
arxasını İ ihad vә Tәrәqqinin idealist liderlәrinә dayamış
vaiz, bildiyini kimsәyә vermәk niyyәtindә deyildi.

“Sәyyahi-Şәhirin” әksәr vaxt çox sәrt görünmәsi
müqabilindә “Çin vaizi”nin üzü hәr zaman nәşәli olur,
tәbәssümü dodaqlarından çәkilmirdi. Atamın İslamı
xurafatın cәngindәn qurtarmaq niyyәtindә olan dostu
ildә bir neçә dәfә atamı çıxmaq şәrti ilә ailәmizin bütün
üzvlәrini dizi üstdә oturdur, tәkbirlәr, dualar, sәnalar
oxuyub üstümüzә üflәyirdi. “Çin vaizi” bu dualarının
faydasına ürәkdәn әmin idi. “Mәn ürәyimin tәmizliyini
sizә dә keçirirәm” – deyir, ardınca әlavә edirdi: “Çünki
Peyğәmbәr sülalәsindәnәm!” Anamın ailәsi dә
Azәrbaycanda “Sada an” seyidlәrdәn olduğu, yәni kökü,
mәnşәyi ilә Peyğәmbәrә bağlandığı üçün ona qohum
gözü ilә baxırdı.

Atamın dostu islamın müqәddәs günlәrindә yaşıl
әmmamәsini qoyub şәrәfli soy-kökünü hәr kәsә nümayiş
etdirirdi. Başında bu yaşıl sarıq olduğu zaman sanki
yerişi, baxışı, xasiyyәti, rәftarı da tamamilә başqalaşırdı.

Hәr yerdә sevgi vә etibar görәn, mәclisdәn-mәclisә,
süfrәdәn-süfrәyә dәvәt olunan “Çin vaizi” dә Birinci

120
   115   116   117   118   119   120   121   122   123   124   125