Page 125 - book-online
P. 125
Àòàìûí äîñòëàðû

Atamın vә ailәmizin bu sevimli dostu atamın
ölümündәn sonra qarşılıqlı münasibәtlәri boyunca ona
hәr zaman göstәrdiyi vәfa vә etibarı bir gün belә azalt-
madan illәrcә yaşadı. Ondan ailәmizә qalan son xatirә
budur: İstanbul Universitetindә İslam Ensiklopediyası1
nәşrә hazırlanırdı. Bu işә mәsul olan elmi heyәtin
tәrkibindә atamın hәmin dostu da vardı. Ensiklopediyada
barәlәrindә mәqalәlәr verilәcәk şәxslәr müәyyәn edilәrkәn
atamın da adını çәkmişdi. Nәşr heyәtinin rәhbәri, bir
zamanlar mәmlәkәtin siyasi hәyatında önәmli yerlәr
tutan, әn әsası isә atamı çox yaxşı tanıyan şәxs2 “olmaz”
deyir. Atamın dostu “Niyә?” – deyә sual edir. Axı filan
vә filan adları ensiklopediyaya saldıq, mәgәr Əhmәd
bәy onlar qәdәr tanınmış deyil, millәtә, mәmlәkәtә onlar
qәdәr xidmәt etmәyib?

Elmi heyәtin başçısı belә cavab verir: "Olmaz, çünki
Əhmәd bәy vaxtı ilә mәnim vә silahdaşlarımın әleyhinә
yazılar yazıb”.

Bu cavabın altında bir tarix yatır. Çünki ensiklopediya
nәşrinә rәhbәrlik edәn şәxs Milli Mücadilәdәn sonra
Atatürkә müxalif mövqe tutmuşdu. Tәrәqqipәrvәrlәr
firqәsinin3 fәal üzvlәrindәn olmuş, adı mәmlәkәti xilas

1 İslam Ensiklopediyası (Encyclopedia of İslam) – VII-XX əsrlərdə islam
dünyası ilə bağlı elmi, siyasi, dini, tarixi, coğrafi, etnoqrafik və s. məlumatları
özündə əks etdirən akademik nəşr. İlk İslam Ensiklopediyası 1913-1938-ci illərdə
Leydendə hazırlanaraq alman, fransız və ingilis dillərində nəşr olunmuşdu. İkinci
Dünya müharibəsi dövründə həmin nəşrin əlavə məlumatlarla təkmilləşdirilən türk
nəşri meydana çıxmışdı. Türkiyə Diyanət Vəqfinin təşəbbüsü ilə yenidən işlənən
və 1988-2013-cü illərdə nəşr olunan İslam Ensiklopediyası isə 44 cilddən ibarətdir.
2 Həmin şəxs bu kitabda barəsində “Әzab qapısı” adlı memuar oçerki verilmiş
məşhur türk yazıçısı Xalid Әdib Adıvarın əri, Atatürkə qarşı çıxdığına görə 1925-
1939-cu illərdə Türkiyə hüdudlarından kənarda yaşamış Әbdülhəq Adnan Adıvar
(1881-1955) idi.
3 Tərəqqipərvər Cümhuriyyət Firqəsi – Türkiyə Cümhuriyyətinin ilk müxalifət
partiyasıdır. Qurucuları sırasında Mustafa Kamal Paşanın keçmiş silah və
mübarizə yoldaşlarından Kazım Qarabəkir, Rauf Orbay, Әli Fuad Cəbəsoy, Refet
Bele və Adnan Adıvar vardı. Fəaliyyət dövrü 1924-cü ilin noyabrından 1925-ci ilin
iyun ayına qədər davam etmiş, sonra qapadılmışdır.

125
   120   121   122   123   124   125   126   127   128   129   130