Page 128 - book-online
P. 128
ìÿä Àüàîüëó
cәrәyanını gәtirdiyini, İstiqlal Mәhkәmәsi zamanı ölüm
tәhlükәsinin dәfәlәrlә başı üzәrindә dayanmasını –
xülasә, başdan-başa sәrgüzәştlәrlә dolu bir hәyat
yaşamasını çox adammı bilir?
Bu iki insan – atamla dostu bir-birlәri ilә necә dil
tapmışdılar? Atam sәrt, әsәbi, hәmişә harasa tәlәsәn,
dostu isә yumşaq, sakit, ağır tәrpәnişli bir adam idi. La-
kin tәbiәtlәrindәki bütün fәrqlәrә baxmayaraq, birlikdә
mübarizәlәrinә xidmәt edәn qәzetlәr çıxardılar, birlikdә
İstiqlal hәrәkatına qoşuldular, gizli cәmiyyәtlәr yaratdılar.
Dövrün böyük Mürşüdünә (Ziya Göyalp nәzәrdә
tutulur – V.Q.) “İslam ümmәtindәn, Qәrb mәdәniyyә-
tindәn, türk millәtindәn” olmaq ideyasını ilk dәfә verәn
o idi. Osmanlı imperatorluğunun din siyasәti ilә özünü
ayaqda tuta bilmәyәcәyi anlaşılınca, bütün türklәrә nicat
yolu vә vahid Vәtәn kimi Turanı da o göstәrdi. Yox, yox,
qәtiyyәn mübaliğә etmirәm, atamın bu dostu, hәqiqәtәn,
bütöv bir dövrün gizli hәyat mәnbәlәrindәn biri olmuşdu.
Atamın ölümündәn sonra o, göz yaşları bәmbәyaz
saqqalına axa-axa bir xatirәsini söylәmişdi: “Əhmәd
bәylә birlikdә Batumda idik. İstanbulda barışıq elan
edilmiş, dövlәt tәslim olmuşdu. Bir gün eyni otaqda,
çarpayılarımızda uzanmışdıq. Əhmәd bәy mәndәn:
– Yanında Hafiz Şirazi1 varmı? – deyә soruşdu.
– Nәyinә gәrәkdir?
– Tәfaül etmәk (fala baxmaq – V.Q.) istәyirәm.
– Yoxdur. Ancaq Tassonun2 “Xilas edilmiş Qüds” ki-
tabı var. İkinci cildidir. Bir halda ki, fala baxmaq istә-
yirsәn, o da Hafiz Şirazi kimi böyük insandır. Sәn soruş,
mәn dә baxım.
1 Hafiz Şirazi (1325-1390) – fars şairi və sufi şeyxi. Fars dilinin yayıldığı ölkələrdə
Hafiz divanından bir qayda olaraq istixarə etmək – fal açmaq üçün də istifadə olu-
nurdu.
2 Torkvato Tasso (1544-1595) – italyan şairi, “Azad edilmiş Qüds” poemasının
müəllifi
128