Page 132 - book-online
P. 132
ìÿä Àüàîüëó
QIRXLARDAN BİRİ
Bir ayağı axsayan bu bәyazüzlü, qaragözlü, qara
vә uzun saçlı adam dövrünün әn çox qorxulan
insanlarından biri oldu.
O, inqilablar tarixinin az-az tanıdığı “satılmayan-
lardan” idi. Evindә, mәhәllәsindә, partiyasında, nәhayәt,
partiyanın son naziri kimi çalışdığı hökumәtdә әn böyük
gücü, xarakterinin bu cәhәti idi. Yenә dә eyni sәbәbdәn
onu Mәşrutiyyәt inqilabımızın bir Robespyeri, Trotskisi1,
hә a bir Göbbelsi2 saymaq mümkündür. Hәyatı da az-
çox onların hәyatına bәnzәyir.
Birinci Dünya müharibәsinin böyük möhtәkirlәrinә
vә ehtikar şәbәkәsinә müxtәlif komissiyalarla, әsgәri
idarәlәrlә heç bir tәsir göstәrmәyin mümkün olmadığı
aşkara çıxanda son çarә kimi onun “satılmazlığına” arxa-
landılar. Amma artıq iş işdәn keçmişdi. Hәm dә o qәdәr
keçmişdi ki, vәzifәyә gәldiyi günә qәdәr yol verilәn
yaramazlıqların hamısı öz çiyinlәrinә çökdü. Əsl günah-
karlar isә çox asanlıqla ortalıqdan yox olmağı bacardılar.
İ ihad vә Tәrәqqi hakimiyyәti hәrbin fәlakәtlә başa
çatacağını hiss etdiyi zaman mәmlәkәti Mustafa Kamalın
idarәçiliyinә vermәkdәn başqa bir çarә qalmadığını
düşündü. Bu әrәfәdә atamın bütün hәyat tәrzi, yaşayışı
ilә tam bir xalq adamı olan dostu ortaya çıxan hәr imkan-
dan yararlanıb savaşın mәğlubiyyәtlә bitәcәyi tәqdirdә
“Anafartalar qәhrәmanı3 Mustafa Kamalın әtrafında
birlәşmәk” tәbliğatını aparanların önündә gedirdi.
Cәbhәlәr dağıldıqdan sonra iqtidarın tanınan, üzdә
1 Trotski L.D. (1879-1940) – bolşevik inqilabının liderlərindən biri, siyasi xadim və
publisist
2 Göbbels (1897-1945) – nasist Almaniyasının dövlət xadimi, faşist ideoloqlarından
biri
3 Mustafa Kamal Paşanın Çanaqqala savaşında qazandığı böyük zəfərə işarədir.
132