Page 135 - book-online
P. 135
Àòàìûí äîñòëàðû

dönmüşdü.
Hәqiqәtәn dә, Qazini öldürmәk planı quranlar

arasında olmuşdumu? Əgәr belәdirsә, o zaman günahı
çox böyükdür. Hә a günahının bağışlanması üçün
adamın Allahdan dua etmәyә dә dili gәlmir. Fәqәt, sui-
qәsddә iştirakı ilә bağlı o zaman ortaya atılan dәlillәrin
әsaslılığı günümüzdә dә mübahisә doğurmaqdadır.
Barәsindә hökm çıxarmış adamların qәnaәtlәri necә olur-
sa-olsun, Əbdülhәmid zamanında küçәdә özünә әl
qaldıran paşa övladları ilә bağlı iqtidarın sayılıb-seçilәn
naziri mәrtәbәsinә yüksәldikdәn sonra kiçicik bir qisas
haqqında düşünmәyәn, savaş mәğlubiyyәtlә bitәcәyi
tәqdirdә “Anafartalar qәhrәmanı Mustafa Kamal Paşanın
әtrafında birlәşmәk” tәbliğatı aparan bu adam dostlarının
nәzәrindә öz tәmizliyini, suçsuzluğunu hәr zaman
qorudu. Dәlalәtlәr, qәflәtlәr, xәtalar әn çox inqilablara
yaraşır. İnqilablar bundan bir şey itirmәzlәr. İnqilabların
dәyişmәyәn taleyi, qәdәri dә elә budur.

Hәqiqәtdә isә bir dövrün son qalıqlarının da bu vә
ya digәr sәbәbdәn tәmizlәnmәsini istәyәnlәr atamın,
haqqında söz açdığım dostu ortadan qaldırılana qәdәr
sәrt, әsәbi, amansız oldular. Lakin ölümü ilә hüzur vә
sükuta qovuşanlar yalnız belәlәri deyildi. O, yaşadıqca
tәmizlәmә işlәrinin, günlәrin birindә özlәrinә dә çatacağı
ehtimalı ilә әcәl tәri tökәnlәr dә al qan içәrisindә uzanmış
şәkillәrinә baxanda rahat nәfәs aldılar.

Arxasınca addımbaaddım gәlәn hökmün qarşısını
hәr hansı bir yolla almağın imkansızlığını yaxşı başa
düşürdü. Odur ki, bәlkә dә günahsızlığını sübut etmәk
imkanı yaranana qәdәr yaşamaq ümidi ilә bir müddәt
gizlәndi. Amma içәrisindәki qorxu hәr zaman canlı qaldı.
İstiqlal Mәhkәmәsinin әski i ihadçı rәisi onun gizlәnә

135
   130   131   132   133   134   135   136   137   138   139   140