Page 138 - book-online
P. 138
ìÿä Àüàîüëó

diqqәtlә fikir verәndә bayaqkı tәbәssümün dә hakimlәrin
sifәtindәn çәkildiyini gördü. Katib qәrarı oxumaqda
davam edirdi. Hökumәti devirmәk iddiasından tәqsir-
sizliyi elan olunmaqla bәrabәr hәyatının keçmiş sәhifәlәri
araşdırılarkәn, vaxtı ilә boşadığı arvadının ölüm sәbәb-
lәrinin, mәhkәmәnin diqqәtini çәkdiyi bildirilirdi. Bunun
mәsәlәyә nә dәxli var? Arvadının ölümü ilә indiki mәh-
kәmәnin nә әlaqәsi ola bilәr?

Sual dolu gözlәrini köhnә yoldaşlarına zillәdi.
Üzlәrinin ifadәsindәn bir şey anlamağa, bir mәtlәb hasil
etmәyә çalışdı. Amma yox, hamısı, başda qalın qaşlarını
gözlәrinin üstünә sallamış rәis olmaqla hamısı büt kimi
donuq, ifadәsiz sifәtlәrlә oturmuşdular.

Katib oxumağa davam edirdi: “Boşadığı arvadına
nafaqa (dolanışıq üçün maddi vәsait, aliment – V.Q.)
vermәmәk üçün onu mәtbәx bıçağı ilә öldürüb quyuya
atdığı...”

“Canım, bu, köhnә nağıldır. Niyә işi işә qarışdırırsınız?”
Baxışlarını yenә mәhkәmә üzvlәrinә tәrәf çevirdi.
Üzü saralmış, kirli bir rәng almışdı. Dodaqları qupquru
qurumuşdu. Onlardan, köhnә dostlarından, indiki anda
taleyinin ağalarından, hakimi-mütlәqlәrindәn qәlbinә
toxtaqlıq gәtirәn bir işarә, bir xoş üz görmәyәcәkdimi?
Katibin dodaqlarından eşidilәn son cümlәlәr kәlmә-
kәlmә deyil, hәrf-hәrf bir bıçaq zәrbәsi kimi kürәyinә,
beyninә, qәlbinә saplanırdı.
“Mәhkumun Türk Cәza Qanununun ... maddәsinin
.... bәndinә әsasәn edam olunmasına yekdilliklә...”
Salona ölüm, daha doğrusu, öz ölümünün sükutu
çökdü. Hakimlәr artıq bir-bir yerlәrindәn qalxırdılar.
Qәlbindәki son ümid zәrrәsinin gücü ilә başını onlara
tәrәf uzatdı, içlәrindәn özünә әn yaxın, әn sәmimi

138
   133   134   135   136   137   138   139   140   141   142   143