Page 142 - book-online
P. 142
ìÿä Àüàîüëó
varlığının dәrinliklәrinә qәdәr kәdәrlәndirmiş, hәyatını
zindana çevirmişdi. Bunu, başda biz, doğma övladları
olmaqla hamı vә hәr kәs açıq-aşkar görürdü. Bir axşam
Rusiya sәfirliyindә verilәn şam yemәyi zamanı Atatürkün
hüzurunda toplu halda oturduqları vaxt Qara Kamalın
intihar xәbәri gәlmişdi. İstiqlal Mәhkәmәsinin rәisi atamı
göstәrәrәk Atatürkә müraciәtlә: “Paşam, Əhmәd bәyin
üzü gülmür. Yәqin, qırx gün sonra bizlәri Qara Kamal
üçün oxudacağı mövluda çağıracaq”, – deyә kobud bir
zarafat elәmişdi. Hәm yersiz zarafata, hәm dә özünә
dost saydığı adamın daşürәkliliyinә daxilәn çox әsәbilәşәn
atam dәrhal cavab vermәkdәn özünü saxlaya bilmәmişdi:
“Əlbә ә, üzüm gülmәz. Çünki Qara Kamal dostum idi.
Qaziyә qәsd etmәk fikrinә düşmüşdüsә, Allah ona lәnәt
elәsin! Amma günlәrin birindә sәni dә eyni qorxunc
aqibәtin girdabında çapalayan görsәm, yenә dә kәdәrli
olacağam. Sәndәn ötrü dә mövlud oxutmağa әsla tәrәddüd
etmәyәcәyәm”.
Atatürk hәr dәfә silahdaşları arasında çәkişmә düşәn-
dә etdiyi kimi, bu sәfәr dә dәrhal mövzunu dәyişdir-
mişdi. Amma söhbәt qulaqdan-qulağa çox sürәtlә yayıl-
mışdı. Bir neçә gün sonra isә İstiqlal Mәhkәmәsi rәisi,
mü әhimlәrdәn Qara Kamalın yanındakı toplantılar za-
manı Əhmәd Ağaoğlunu orada görüb-görmәdiklәri barә-
dә suallar soruşmağa başlamışdı.
Atam bu xәbәri eşidәn kimi, mәhkәmә rәisi olan dos-
tuna belә bir mәktub yazmışdı: “Bir qisim mü әhimlәrdәn
Qara Kamalın yanında keçirilәn toplantılarda mәnim
olub-olmadığımı soruşduğunuzu eşitdim. Qara Kamal
dostum idi. Bunu cümlә-alәm bilir. Fәqәt o, Böyük
Qaziyә sui-qәsd etmәyi düşünmüşdüsә, nәzәrimdә әn
böyük mәluna çevrilir. Eyni zamanda әgәr sizdә orada
keçirilәn toplantılarda iştirakımla bağlı hәr hansı bir
142