Page 144 - book-online
P. 144
ìÿä Àüàîüëó

çıxarmayacağını yaxşı bilirdilәr. Hәm dә atamın dostu
yenilik fikrinin fәdailiyini kor-koranә, әmr qulu kimi
deyil, inanaraq yerinә yetirirdi.

Birinci Millәt Mәclisindә bir müddәt cәrәyan edәn
mühafizәkarlıq – yenilik mübarizәsinin tarixi hadisәlәri
var.

Günlәrin birindә Ədirnә millәt vәkili mәrhum Şәrәf
bәy1 bir bәhanә tapıb kürsüyә çıxır. Saxta hәrәkәtlәri,
üzünün mimikası, әllәrini, qollarını oynatmaqla qәribә
mәnzәrә tәşkil edәn, başdan-başa köhnәlmiş söz vә
ifadәlәrlә dolu mәşhur danışıq әdası ilә keçmiş dövr-
lәrdәn tutmuş Mütarikә illәrinә qәdәr Osmanlı impe-
ratorluğunun bütün uğursuzluqlarını, süqutunun
sәbәblәrini dövlәt idarәçiliyinin din qaydalarından
uzaqlaşması ilә әsaslandırmağa çalışır. Gәnc Osman2,
Birinci Mahmud3 kimi inqilabçı hökmdarların fәaliyyәtini,
bütün Tәnzimat xadimlәrini, İ ihad vә Tәrәqqinin hәyata
keçirdiyi ictimai dәyişikliklәri yerin dibinә batırır. Sonda
da söylәdiyi fikirlәrә zidd çıxanları topası ilә kafirlikdә,
dinsizlikdә suçlayır.

Mәclisdәki mühafizәkarların coşqun alqışları salonu
titrәdir. Bunun müqabilindә yenilik tәrәfdarlarından bir
kimsә Mәclis divarları arasında yaşanan hәyәcan qar-
şısında söz alıb bir kәlmә demәyә cәsarәt etmir.

1Şərəf bəy – Mehmet Şərafəddin Aykut (1873-1939) – türk siyasətçi və jurnalist.
Osmanlı Məclisi-Məbusan üzvü. Әhməd Ağaoğlu ilə birlikdə Malta sürgünündə
olmuşdu. Türkiyə Cümhuriyyəti dövründə Әdirnədən I, IV, V və VI TBMM-nə üzv
seçilmişdi.
2 Gənc Osman (1604-1622) – Osmanlı sultanı (1618-1622). Gənc olmasına bax-
mayaraq müstəqil qərarlar qəbul etməyi bacarırdı, imperiya idarəçiliyində bir sıra
mühüm islahatlar həyata keçirmək niyyətində idi. Yeniçəri üsyanı nəticəsində
taxtdan salınmış və öldürülmüşdü.
3 Birinci Mahmud (1696-1754) – Osmanlı sultanı (1730-1754). Osmanlı or-
dusunda islahat aparmaq və hərbi sistemi müasirləşdirmək üçün bəzi təşəbbüslər
göstərsə də, yeniçərilərin güclü müqaviməti nəticəsində istədiyinə nail ola
bilməmişdi.

144
   139   140   141   142   143   144   145   146   147   148   149