Page 148 - book-online
P. 148
ìÿä Àüàîüëó

getmәyә hazırsan. Çox gözәl, elә isә sabah sәhәr orada
olacaqsan”.

Atamın dostu barәsindә tarix sәhifәsinә qorxunc
insan damğası onun bu qәbildәn olan lüzumsuz, bihudә,
hә a avara sözlәri ilә hәkk olundu. Mahiyyәt etibarı ilә
daşıdığı vәzifә özü qorxunc idi. Amma mәhkәmә sәdri
sözlәrini, hәrәkәtlәrini belә qorxunc şәkildә ortaya qoy-
maya da bilәrdi. Mü әhimlәrә hadisәlәr haqda suallar
verәrkәn “Siz günahkarsınız, siz mәmlәkәti fәlakәtlәrә
sürüklәdiniz, biz dә düşmәnlәrimizi dünyaya gәlmәlәrinә
belә peşman edirik” – kimi hәdә-qorxu sözlәri söylәmәyә
dә bilәrdi. Dediyi iş onsuz da görülәcәkdi. Hәr hansı bir
vәtәndaş türk millәtini qaranlıqdan aydınlığa çıxarmaq
üçün göstәrilәn sәylәrin bu şәkildә müdafiәsini, tәbii ki,
qәbul edәcәkdi. Hә a zaman-zaman xәtalara, şәxsi inti-
qamlara, kinlәrә, hiddәtlәrә bilәrәkdәn vә ya bilmәyә-
rәkdәn alәt olmaqla, bu işi öz üzәrinә götürәcәkdi. Lakin
mәhkәmә sәdri üçün vәzifәsini yerinә yetirәrkәn şәxsiy-
yәtini onun içindә әritmәyә, yox etmәyә nә lüzum vardı?

Onun İstiqlal Mәhkәmәsi rәisliyi dövrün bir simvolu
sayıla bilәr. Bu dövrә “Tәsviyәlәr (tәmizlәmә – V.Q.)
dövrü” dә demәk mümkündür.

İ ihad vә Tәrәqqinin tәsviyәsi, İkinci qrupun tәsviyәsi,
Milli Mücadilә dövrünün müntәzәm orduları qurulana
qәdәr Milli Qüvvәlәrin bir qismini tәşkil edәn silahlı
dәstә başçılarının hәyatdakı son nümayәndәlәrinin
tәsviyәsi... Nәhayәt, 1908-1918-ci illәr arası bәzilәri yox-
sulluq, sәfalәt içindә qalmış millәtin gözü önündә
möhtәşәm hәyat sürәn, bәzilәri eyni vәziyyәtdә bәrabәr
yola çıxdıqları yoldaşlarını iltimaslar, xahişlәr, şans vә
tәsadüflәrlә birdәn-birә bir neçә ağac arxada qoymaqları
ilә qısqanclıqlar doğuran, bir qisim bu vә ya başqa za-

148
   143   144   145   146   147   148   149   150   151   152   153