Page 151 - book-online
P. 151
Àòàìûí äîñòëàðû

Birinci Böyük Millәt Mәclisinin üzvü olmuşdu. Onun
macәralarından dillәrdә dastana çevrilәnlәrdәn biri,
gәlәr-gәlmәz Ərkani-Hәrbiyi-Ümumiyyә (Ali Baş
Qәrargah – V.Q.) rәisliyinә tәyin edilib hökumәtin
tәrkibinә daxil olan, ardınca da dalbadal әn yüksәk
dövlәt mәqamlarına yüksәlәn bir şәxsi – İsmәt Paşanı,
bәzi rәvayәtlәrә görә, yarıxoş, yarızor İstanbuldan
Ankaraya qaçırması idi.

Yenibaxçalı Şükrünün siyasi fәaliyyәt çevrәsi Birinci
Mәclis üzvlüyündәn, böyük qardaşı, әski İ ihad vә
Tәrәqqinin mәsul şәxslәrindәn olan vә Atatürkә sui-
qәsd işindә edama mәhkum edilәn Nail bәydәn1, bir dә
çoxu siyasәt sәhnәsinin müxtәlif pillәlәrindә yer tutan
dostlarından ibarәt idi. Nәhayәt, Ənvәr Paşa heyran-
lığından doğan böyük rәğbәtini bu fәaliyyәt dairәsinә
daxil etmәk mümkündür. Ərәnköydә hәyatından usanmış
bir insana Ənvәr Paşanın nә edә bilәcәyini bir az da kin-
küdurәtlә atamdan soruşan gәnc zabiti, tale bir müddәt
sonra türk orduları baş komandanının yavәri edәcәk, o
da Ənvәr Paşaya – özü kimi gözәl, utancaq, xoş baxışlı,
son dәrәcә cәsur, risklәrdәn qorxmayan adama könlünü
verәcәkdi. Qaziyә bәslәdiyi bütün sevgiyә, inam vә
imana rәğmәn, Yenibaxçalı Şükrünü İkinci qrupun yanına
çәkib aparan da Ənvәr bağlılığı idi. Sui-qәsd hadisәsindәn
sonra mәmlәkәtin bütün polis tәşkilatını Qara Kamalla
birlikdә arxasınca aparan yenә bu bağlılıq oldu.

Yenibaxçalı Şükrü Milli Mücadilә illәrindә Qazinin
Ənvәr Paşanı heç bir halda mәmlәkәtә buraxmamaq
barәsindәki qәrarının vacibliyini heç cür anlamaq istәmәdi.
Əslinә baxanda Atatürkün Milli Mücadilәni zәfәrlә başa

1 Nail Yenibaxçalı (1885-1926) – türk hərbçisi, İttihad və Tərəqqinin fəallarından
biri. Atatürkə sui-qəsd cəhdində ittiham olunaraq dar ağacından asılmışdı.

151
   146   147   148   149   150   151   152   153   154   155   156