Page 155 - book-online
P. 155
Àòàìûí äîñòëàðû

tәhәr sıyrılıb başqa sәmtә atılmağa mәcbur etsә dә,
faydası yoxdur.

Böyük Yaradanın atamın dostuna nәsib etdiyi tale,
qanlı bir yolun üstündә yuvarlanmaqdan ibarәt oldu.

Hәrbdә insan öldürdü. Amma vәzifәsi üzündәn
öldürdü. Qәzavü-qәdәrin gәrdişinә görә öldürdü. Öz
hәyatını qorumaq üçün öldürdü. Bunlar aydındır. Amma
ömrünün digәr mәrhәlәlәri gün işığına çıxarıldıqca,
әtrafındakı dedi-qodular hәlә davam etmәkdәdir. Onunla
bağlı şübhәlәr, sorğu-suallar, tәrәddüdlәr hәlә dә bir-
birinin ardınca sıralanıb gündәlikdә qalmaqdadır. Xәlil
Paşanı1 – Şәrq cәbhәsinin Kazım Qarabәkirdәn2 sonra
bu әn şöhrәtli generalını nәyә görә öldürdü?

Haqqında çox danışılmış bu hekayәyә yenidәn toxun-
maq niyyәtindә deyilәm. Yalnız bir şeyi yaxşı, hәm dә
çox yaxşı bilirәm ki, atamın dostu sәbәb olduğu bütün
digәr ölümlәrdәki kimi, burada da sadәcә mәsum qur-
bandan başqa bir şey deyil.

Mәrhum Xәlil Paşa әsәbi, qalmaqallı, hә a adına,
rütbәsinә, vәzifәsinә yaraşmayacaq qәdәr hirs vә
hikkәsinin әsirinә çevrilmiş insan idi. Atamla nisbәtәn
sonradan başlasa da, çox yaxın dostluğu vardı. Dövlәt
işlәrinin gedişini bәyәnmirdi, acı-acı şikayәtlәr edirdi.
İstiqlal Mәhkәmәsinin sәdri dә olmaqla bәzi şәxslәrә
qarşı hörmәtsizliyini, hә a düşmәnçiliyini açıq göstәr-

1 Xəlil Paşa – əslində Xalid Paşa olmalıdır. Müasirləri arasında Dəli Xalid Paşa
adı ilə daha çox tanınan Xalid Karsıalan (1883-1925) çərkəz əsilli türk zabiti idi.
Birinci Dünya müharibəsi illərində Qafqaz cəhbəsində döyüşmüşdü. II TBMM üzvü
olarkən 1925-ci ildə TBMM binasında öldürülmüşdü. Qətlin digər bir millət vəkili –
İstiqlal Məhkəməsinin sədri Әli Çətinqaya tərəfindən törədildiyi bildirilsə də, bu
qətl hadisəsinə görə kimsə cəzalandırılmamışdı.
2 Kazım Qarabəkir (1882-1948) – türk hərbçisi və siyasi xadim. Birinci Dünya
müharibəsində Osmanlı ordularının Şərq cəbhəsi komandanı. I TBMM-nin sədri
seçilmişdi.

155
   150   151   152   153   154   155   156   157   158   159   160