Page 159 - book-online
P. 159
Àòàìûí äîñòëàðû

aldığı cavab acı oldu: “Mәn onun etdiyi yardım ilә
uşaqlarımı oxudacaq qәdәr lәyaqәtsiz deyilәm!”

Keçmiş İstiqlal Mәhkәmәsi rәisinin vicdanını bunca
narahat edәn nә idi? Edam kürsüsünә göndәrdiyi adamın
günahsız olduğuna inana bilәrdi. Amma digәr tәrәfdәn,
asılması lazım gәlmәsәydi, hәmin hökmü verә bilәrdimi?
Bәlkә o zaman mәhz belә bir qәrar çıxarmaqla inqilabın
mәnafeyi baxımından özünü haqlı görürdü. Amma
bunun qarşılığında günahsız müqәssirin uşaqlarının
gәlәcәk hәyatlarını tәmin etmәk yolu ilә daxilindә bir
müvazinәt yaratmaq istәyirdi? Bәlkә vicdanında hәmin
nazirin yalnız günahsız deyil, hәm dә sәbәbsiz yerә
asılması ilә bağlı şübhәlәr, tәrәddüdlәr baş qaldırmışdı?

Ruhunun, vicdanının hәr hansı bir yolla gedib çatması
çox çәtin olan dәrinliklәrdәki bu hesablaşmaları bilmәyә,
öyrәnmәyә artıq imkanı yox idi. Yalnız ölümündәn
qabaqkı son aylarının daim vicdanı ilә hesab çәkmәk
әzabları içәrisindә keçdiyini söylәmәk mümkündür.
Hә a xәstәliyinin şüurunu tamamilә itirmәk hәddinә
gәldiyi son günlәrindә dә tez-tez, hәm dә titrәtmә-
qızdırma içindә nazirin adını çәkib sayıqladığı vә “Gәlir,
gәlir!” deyә hayqırdığı danışılmaqdadır. Günlәrin birindә,
nәhayәt, bu qorxular, xәyallar vә vahimәlәr içәrisindә
gözlәrini dünyaya әbәdi qapamışdı.

159
   154   155   156   157   158   159   160   161   162   163   164