Page 164 - book-online
P. 164
ìÿä Àüàîüëó

QURBANLIQ BAŞ VƏKİL

Yolun yarısında onunla qarşılaşdım. Mәktubu
verdim, oxudu, gülәrәk “Mәn dә sizә gәlirdim.
Haydı, birlikdә gedәk” – dedi. Atamla bir-bir-
lәrinә, arada heç nә olmamış kimi sarmaşıb öpüşdülәr.
Amma dünәn axşam bir hadisә baş vermişdi: İstanbul
millәt vәkili Ali Rza bәyin1 evindә toplanmışdılar. Ye-
yib-içmişdilәr. Qarşılıqlı zarafatlaşmalar zamanı söhbәt
pәhlәvanlıqdan, gücdәn, qurşaq tutub gülәşmәkdәn
düşmüşdü. Atam onun hәr gün bir az daha böyüyәn
qarnına işarә edәrәk “Sәni göbәyindәn tutub yerә
sәrәrәm” – demişdi. O isә “Mәn heç sәninlә gülәşәrәmmi,
Əhmәd bәy? Sәnin öhdәndәn oğlum gәlәr” – cavabını
vermişdi. Atam bu sözlәri şәxsinә tәhqir, hәqarәt saymışdı.
Özü dә tәhqirә keçmişdi.
Hüseyn Rauf bәylә2 Atatürkün arasının dәydiyi, bәzi
qәzetlәr vә qәzetçilәr yazıları ilә siyasi hәyatı şiddәtlә
qarışdırdıqları zaman әski Mәclis baş katibi, yeni Kütahya
millәt vәkili hәm Mәclisdә, hәm dә partiya qrupunda
sәrt nitqlәri vә natiqlik mәharәti ilә özünü göstәrmәyә
başlamışdı. Bu arada dövlәt vә hökumәt quruluşları, bir
sözlә, idarәçilik vә rejimlәr haqqındakı düşüncәlәri ilә
dә diqqәti çәkirdi.
Cümhuriyyәt Xalq Partiyasının birinci proqramı liberal
prinsiplәrә әsaslanırdı. Sәnәdin müәlliflәri arasında olan

1 Ali Rza Bebek (1881-1935) – türk hərbçisi, I və II TBMM-də İstanbul millət vəkili
2 Hüseyn Rauf Orbay (1881-1964) – türk hərbçisi, siyasi xadim. Osmanlı impera-
torluğunun son dönəmində, Qurtuluş savaşında və Türkiyə Cümhuriyyətində
fəallığı ilə seçilmişdi. Türkiyənin üçüncü Baş naziri (iyul, 1922 – avqust, 1923)
olmuşdu.

164
   159   160   161   162   163   164   165   166   167   168   169