Page 168 - book-online
P. 168
ìÿä Àüàîüëó
göstәrәcәyindәn şübhәyә düşdülәr. Ən әsası isә şübhәyә
haqq qazandıran halların olması idi.
Çevrәsindә hәr zaman onların liderlәri olmaq tәәs-
süratını yaratdığı vә әksәriyyәti gәnclәrdәn ibarәt bütöv bir
qәlәbәlik dolandırırdı. Bu baxımdan onun başının dәstәsi
ilә, deyәk ki, Ankara Palas vә ya Karpic hotellәrinә gәlişi,
hәqiqәtәn, görülmәyә, baxılmağa dәyәn bir tamaşa idi.
Bәzisi zarafatla, bәzisi ciddi şәkildә deyilәn sözlәrlә,
hәr kәsә vә hәr tәrәfә iftiralar yağdıra-yağdıra hәdәf
seçdiyi istiqamәtә doğru sәrt addımlarla yeriyirdi.
Mәiyyәti isә arada bәlli mәsafә saxlamaqla onu tәqib
edirdi. Ətrafındakı adamların içәrisindә şairlәrә, yazarlara,
hәrbçilәrә, millәt vәkillәrinә tәsadüf etmәk mümkün
idi. Hәr dәfә onu bu vәziyyәtdә görәndә ağlıma Roma
imperatorları gәlirdi. Atamın dostunu әynindә, çiyin-
lәrindәn birini azacıq çılpaq buraxan ağ rәngli toqo,
ayaqlarında sәndәl, başında tac xәyalımda canlandırmağa
çalışırdım. Rәhbәrlәrindәn birinin belә görünüşdә ortaya
çıxmasının Cümhuriyyәt Xalq Partiyasının әzәmәtli
simasına daha da yaraşacağını düşünürdüm.
Atatürk ölәnә qәdәr liderlik yolundakı yeganә rәqibi
Saracoğlu Şükrü1 idi. Atatürkdәn sonra qarşısında
Mәmduh Şevket Esendalı2 gördü.
1931-ci ildә, Sәrbәst Firqә macәrası ortaya çıxandan
sonra millәt vәkili seçilәn gәnclәrin bir qisminin
namizәdliyini Saracoğlu, digәr qismininkini isә o irәli
sürmüşdü.
1 Mehmet Şükrü Saracoğlu (1886-1953) – türk siyasi və dövlət xadimi, 1942-
1946-cı illərdə Türkiyə Cümhuriyyətinin baş naziri olmuşdu.
2 Memduh Şevket Esendal (1883-1952) – türk yazıçısı, siyasi xadim, diplomat.
1920-1934-cü illərdə Türkiyə Cümhuriyyətinin Azərbaycan, İran və Әfqanıstanda
diplomatik nümayəndəsi. 1941-1945-ci illərdə hakim Cümhuriyyət Xalq
Partiyasının baş katibi
168