Page 173 - book-online
P. 173
Àòàìûí äîñòëàðû
Türkiyә üçün bu qәdәr bәsit, köhnәlmiş, sәviyyәsini,
cazibәdarlıq vә canlılığını itirmiş mәsәlәnin gündәmә
gәtirilmәsini, müzakirәyә çıxarılmasını eşidәnlәr әvvәlcә
duruxurdular. Sonra isә, tәbii ki, әksәriyyәt qәrbli olmaq
fikrinә üstünlük verirdi. O zaman Esendal sözә başlayıb
Qәrbin, Qәrb mәdәniyyәtinin әleyhinә elә sәrt vә kәskin
danışır, elә mәnasız, mәntiqsiz, dәlilsiz iddialar irәli sü-
rürdü ki, toplantıya gәlәnlәr bu sözlәrin inqilabın yetirmәsi
olan Cümhuriyyәt Xalq Partiyası baş katibinin dilindәn
eşidilә bildiyini heç vәchlә dәrk etmәk istәmirdilәr.
Özümün dә iştirak etdiyim toplantılardan birindә
Mәmduh Şövkәt eynәn aşağıda yazdığım sözlәri dedi:
“Qәrb mәdәniyyәtini bütün quruluş vә müәssisәlәri
ilә birlikdә ölkәmizdәn tamam rәdd etmәliyik. Sonra
ehtiyacımız olan mәdәniyyәti özümüz yenidәn yarat-
malıyıq. İnsanlar mikroblara qarşı vaksinlәr vә digәr
müalicә üsulları olmadan da yaşayırdılar. Qәrb mәdә-
niyyәtinin bәhrәsi kimi bugünkü vaksinlәrin, digәr
dәrmanların yerinә özümüz tam yenilәrini tapmayana
qәdәr onların istifadәsindәn vaz keçmәliyik”.
Bu sözlәr qarşısında hamımızın ağzı açıla qalmışdı.
Professor Şövkәt Əziz Qansu1 özünü saxlaya bilmәdi,
uca sәslә, az qala bağıraraq “Bunlar nә biçim fikirlәrdir,
nә düşünülmәmiş sözlәrdir?” – deyә etirazını bildirdi:
“Qulaqlarıma inana bilmirәm. Əgәr zarafat edirsinizsә,
bura belә zarafatların yeri deyil. Yox, sözlәriniz, hәqiqәtәn
dә, ciddidirsә, o zaman dediklәrinizin mәnasını anla-
maqdan aciz qaldığımı etiraf edirәm”.
1Şövkət Әziz Qansu (1903-1983) – tibb və antropologiya sahəsində tanınmış türk
alimi. Ankara Universitetinin ilk rektoru. Türk Dil Qurumu və Türk Tarix Qurumunun,
habelə bir sıra nüfuzlu beynəlxalq elmi cəmiyyətlərin üzvü idi. Demokratik baxışları
ilə seçilirdi.
173