Page 169 - book-online
P. 169
Àòàìûí äîñòëàðû
Bәzi gizli әmәllәrә qurşanması tәsәvvürünü oyandıran
digәr bir halı da hәr hansı bir sәbәbdәn nüfuzunu itirәn,
gözdәn düşәn siyasәt adamlarına himayәdarlıq göstәrmәk
hәvәsi idi.
Bu yolla özünü bir “başvurma qapısı” – payi-müraciәt
pillәsinә yüksәldәcәyi zәnnindә idi.
Atatürkün ölümü ilә Cümhuriyyәt Xalq Partiyası
daxilindәki iyerarxiya bir anın içindә alt-üst olduğu
zaman siyasi hakimiyyәtin yeni tәrkibindә ümid edә
bilәcәyi mövqe hansı ola bilәrdi? Bu mәsәlә ilә hәr
kәsdәn artıq özü maraqlanırdı. Ortada isә belә bir
mәnzәrә vardı:
Sanki bir partiya seçimlә, yaxud inqilab vә ya dövlәt
çevrilişi yolu ilә iqtidardan uzaqlaşmış, yerini büsbütün
başqa prinsiplәrә әsaslanan fәrqli partiya tutmuşdu.
Vәkillәr (nazirlәr – V.Q.) dәyişdirilir, sayılıb-seçilәn
mәbuslar (deputatlar – V.Q.) iqtidar çevrәsindәn
uzaqlaşdırılır, bәzi ağır sui-istemal halları ilә bağlı tәh-
qiqatlar başlayır. Atatürkün sağlığında sәhnәdәn çәkilәn
bir çoxları yenә meydana çıxır, mövqe vә iqbala qovu-
şurdular. Atamın dostu bu hәrc-mәrclik içindә yeni
Cümhurbaşqanının1 onu arayıb-axtarmasını gözlәdi.
Amma bütün ümidlәrini bağladığı dәvәt çox gec gәldi.
Hәm dә tәklif olunan sadәcә bir vәkil vәzifәsi idi.
Artıq mәnәvi nüfuzuna sığınacağı bir insan yox idi.
Atatürkdәn sonra hәr kәs eyni idi. O halda partiya vә
dövlәt içindә şәxsinә layiq saydığı xidmәt mәqamını
özü istәmәyә qәrar verә bilәrdi. Hәdәfinә çatmaq üçün
Millәt Mәclisindә tәrәfdarları olan millәt vәkillәrinin
1 Bəhs olunan dövrdə Türkiyə Cümhuriyyətinin ikinci prezidenti İsmət İnönü idi.
169