Page 172 - book-online
P. 172
ìÿä Àüàîüëó

başlamışdım. Qatı sәnaye düşmәni idi. Hәr kәsi böyük
fabriklәr qurulmasının qorxunc nәticәlәrә gәtirib
çıxaracağına inandırmağa çalışır, mәmlәkәtin yalnız әl
dәzgahlarına ehtiyacı olduğunu iddia edirdi. Eyni za-
manda hәr ailәyә iyirmi dönüm (Türkiyәdә torpaq
ölçüsü, tәxminәn 0,1 hektara bәrabәrdir – V.Q.) torpaq
verilmәsini istәyirdi. İnsanlar özlәrinin bütün ehtiyaclarını
bu iyirmi dönüm torpaq vә әl dәzgahlarından gәlәn
gәlirlә tәmin etmәli idilәr. Qәribә fikirlәrinin üzәrindә
böyük israrla dayanırdı. Yoxsa çağdaş Türkiyәnin Ma-
hatma Qandisi1 olmaq istәyirdi?

Nә isә, olan oldu, bitәn bitdi. Amma Atatürkün ölü-
mündәn sonra Esendalın Cümhuriyyәt Xalq Partiyasının
rәhbәrliyinә gәtirilmәsi әvvәlcә hәr kәsdә heyrәt yaratdı.
Ardınca da tez-gec onun hansısa daha qәribә işlәr
görәcәyini sәbirsizliklә gözlәmәyә başladılar.

Gözlәnilәn şeyin aşkara çıxmasını çox gözlәmәk
lazım gәlmәdi.

Esendal 1943-cü il seçimlәri üçün partiya namizәdlәri
axtarmağa başladı. Axtardığı kәslәri tapmaq üçün şair,
hekayәçi, qәzetçi, professor, mühәndis, kәnd tәsәrrüfatı
mütәxәssisi – xülasә, hәr peşәdәn, hәr sәnәtdәn bir xeyli
gәnci hәftәnin müәyyәn günlәrindә Xalq evindә vә ya
başqa bir yerdә başına toplayırdı. Belә görüşlәrin keçi-
rilmәsindә mәqsәd millәt vәkili seçilәcәk namizәdlәrin
fikir, düşüncә vә meyillәrini öyrәnmәk idi. Lakin partiya-
nın baş katibi maraqlandığı suallara cavab tapmaq üçün
çox qәribә metoddan istifadә edirdi. Mәsәlәn, ortalığa
belә bir mövzu atırdı: “Qәrbli, yoxsa şәrqli olmalıyıq?”

1 Mahatma Qandi (1869-1948) – Hindistanın müstəqilliyi uğrunda hərəkatın
ideoloqlarından və rəhbərlərindən biri. Dinc mübarizə tərəfdarı kimi tanınmışdı.

172
   167   168   169   170   171   172   173   174   175   176   177