Page 175 - book-online
P. 175
Àòàìûí äîñòëàðû

dövrlәrin tәcrübәsinә әsaslanaraq hәr şeyә belә tәcili
reaksiya vermәdiyini göz önünә gәtirib gözlәnilmәz
hәrәkәtinә әvvәlcә tәәccüblәndilәr. Amma sonra soyuq
başla düşünüb görmәk istәdiklәri işin yalnız mәmlәkәt
yox, özlәri üçün dә zәrәrli olacağı qәnaәtinә gәldilәr vә
tәşәbbüslәrindәn vaz keçdilәr.

Xalq Partiyasının keçmiş vә yeni baş katiblәri
arasındakı rәqabәt zamanı hәr iki tәrәf gәlәcәkdә işlәrinә
yarayacaq ünsürlәrin Mәclisdә tәmsilçiliyini tәmin etmәk
üçün çox çalışdılar. Sonda tәrәflәrin ikisinin dә niyyәtlәrinә
az-çox nail olduqlarını söylәmәk mümkündür.

Yeddinci vә Sәkkizinci Millәt Mәclislәrindә hәmin
tәrәfdarların bir-birindәn maraqlı macәraları oldu. Amma
diqqәti çәkәn bir mәqam da var idi: Xalq Partiyasının
“Müstәqil qrupu” daha çox keçmiş daxili işlәr vәkilinin
mövqeyini müdafiә edirdi!

1944-cü ildә nәşr etdirdiyim “Qüvvәyi-Milliyyә
ruhu” kitabımdan Mәmduh bәyә dә göndәrmişdim.
Gözlәntilәrimә rәğmәn, bu barәdә tәk bir sәtir dә yazmadı.
O yay Böyükadadakı klubda rastlaşdıq. Soyuq tәrzdә
salam verdikdәn sonra "Kitabını oxudum. Bәyәnmәdim.
Bәzi insanları heç layiq olmadıqları halda çox yüksәklәrә
qaldırmısan" – deyib uzaqlaşdı.

Yeddinci Böyük Millәt Mәclisinin fәaliyyәtinin ikinci
ilindә Birinci Mәclisin әski baş katibi Cümhuriyyәt Xalq
Partiyasının daxilindә özünü az qala müxalifәt qrupunun
rәhbәri kimi aparırdı. Xitabәt kürsüsündә o qәdәr dә
gözә dәymirdi. Fәqәt altdan-altdan qurduğu tәbliğat
işlәrinin, adamları inandırmaq üçün әl atdığı tәlqinlәrin
nәticәlәri artıq görünmәkdә idi. Mәclisdә ciddi tәdbirlәr
işlәnib hәyata keçirilmәsi yolu ilә mәmlәkәtin inkişaf
zәrurәti barәsindә hәqiqi müzakirәlәr başlanmışdı. Bu

175
   170   171   172   173   174   175   176   177   178   179   180