Page 179 - book-online
P. 179
Àòàìûí äîñòëàðû

i iham dolu ifadәlәrin hamısını dәyişdirmiş, әvәzindә
daha yumşaq sözlәr işlәtmişdi.

Bu hәrәkәti onunla Xalq Partiyasının şefi arasında
ilk vә ciddi qarşıdurmaya yol açdı. Nәticәdә İsmәt Paşa
bütün siyasi hәyatı boyu dönә-dönә istifadә etdiyi
metodları yenidәn işә saldı. Özünü arxa plana çәkib
hökumәt kabinәsi içәrisindә anlaşılmazlıqlar çıxarmaq
niyyәtlәrinә qarşı kәskin mövqeyini ortaya qoydu.

Günün birindә hökumәtin yeddi naziri istefa verdi.
Yaxud buna mәcbur edildilәr. Mәclisin әksәr üzvlәri
hökumәt daxilindә cәrәyan edәn intriqalardan xәbәrsiz
idilәr. Odur ki, istefa verәnlәrin yerinә gәlәnlәri heç bir
şey olmamış kimi qarşıladılar.

Amma әslinә qalsa, böyük bir Anayasa mәsәlәsi –
Kostitusiya pozuntusu ortaya çıxmışdı.

Hökumәtin yeddi üzvü bir günün içindә istefa
vermişdi. Amma mәsәlәyә Mәclisdә aydınlıq gәtirmәdәn
ört-basdır etmәyә çalışırdılar.

İntriqalar indi dә gündәlikdә dayanan yeni mövzudan
nәşәt alıb genişlәnmәyә başlamışdı. Amma bu, çox
çәkmәdi. Bir neçә gün sonra mәsәlә Mәclisin gündәliyinә
çıxarıldı. Baş vәkil izahat verdi, istefa sәbәblәrini anlatdı.
Vә hәmin dövrә qәdәr Böyük Millәt Mәclisinin tarixindә
misli-bәrabәrinә tәsadüf olunmayan bir açıqlama ilә
çıxış etdi: “Dövlәt başçısı ilә baş vәkil arasında hadisәlәrә
baxış fәrqi var!”

Bunu bildirdikdәn sonra da Mәclisdәn etimad istәdi.
Mәclis qısa tәrәddüd anı yaşadı. Bir tәrәfdә dövlәt
başçısı vә hakim partiya lideri, o biri tәrәfdә baş vәkil
dayanmışdı.
Mәclis tarixindә ilk dәfә baş verәn hadisәnin hәyәcanı
öz rolunu oynadı. Baş vәkil istәdiyi etimadı aldı.

179
   174   175   176   177   178   179   180   181   182   183   184