Page 182 - book-online
P. 182
ìÿä Àüàîüëó
sayırdı, nә dә gәlәnlәrә xüsusi bir rәğbәti vardı. Bir
vaxtlar, hәlә çox gәnc yaşında әksәriyyәti özününkülәrdәn
ibarәt belә bir Millәt Mәclisinә sәdr seçildiyi günü
xatırlayırdı. Onu istәyәrәk, bәyәnәrәk, bir qәhrәman
kimi qolları arasına alaraq o nәrdivanlardan yuxarı
qaldırmışdılar. İndi nә istәyәn, nә bәyәnәn, nә dә qolları
arasına alan vardı. Artıq dünyada yeganә qazancı yaşadığı
illәr yığınından ibarәt idi. “Hәyati-mühәyyәl”1 belә bir
aqibәt düşünmәmişdi. O halda indi özünü Doqquzuncu
Böyük Millәt Mәclisinә sürüklәyәn illәrin – hәyatının
aradan keçәn illәrinin üstünә ruhunun bütün acılarını,
bütün kәdәrini tökә bilәr, müvәqqәti sәdrliyi özünә
şәrәf saymadığını, taleyin qәribә bir tәsadüfü nәticәsindә
uca kürsüdә oturduğunu var sәsi ilә bağıra bilәrdi.
Fәqәt Doqquzuncu Böyük Millәt Mәclisini açarkәn
söylәmәk istәdiklәri ilә bir sırada şöhrәtinin tәmәllәrindәn
olan qürurunu da unudub bәlkә, heç istәmәdiyi halda
bütün hәyat macәralarının başdan-başa qәdәrin, taleyin
hökmü altında keçdiyini etiraf edәcәkdi? Bu, onu bәzәn
istәmәdiklәrini elәmәyә, "göründüyü kimi olmamağa,
olduğu kimi görünmәmәyә" boyun әydirәn tale idi!
Atamın dostunun hәyatı ilk günündәn etibarәn üç
kәlmәdәn ibarәt bir ehramın üzәrindә keçdi: tәzad, qürur
vә mәnlik! Ruhunun әsasında dayanan bu maya ona
eyni zamanda hәm dostunun, hәm dә düşmәninin qәbul
etdiyi bir dәyәr – cәsarәt qazandırmışdı! Belә olan tәqdir-
dә ona tәzadlar üzәrindә cәsarәtlә yürüyәn qürur demәk
daha yerinә düşәrdi.
1 “Həyati-mühəyyəl” (“Xəyalda yaşanan həyat”) – haqqında söhbət açılan
şəxsin ilk hekayələr məcmuəsi. 1899-cu ildə İstanbulda çap edilmişdi.
182