Page 187 - book-online
P. 187
Àòàìûí äîñòëàðû

Belәliklә, qısa şәkildә izah etmәyә çalışdığım bu ruh
vә fikir özünәmәxsusluğu onu yalnız atamla deyil, hә a
siyasi vә ya şәxsi hәyatının bütün dost vә yaxınları ilә
davamlı çarpışmalara sürüklәmişdi. Sonda arasıkәsilmәz
qeylü-qallardan bezәn İ ihad vә Tәrәqqi rәhbәrlәri nәşr
etdiyi qәzeti satın alıb әski baş redaktoru rahat hәyata,
digәr tәrәfdәn isә gül üzünü, әzәmәtli boy-buxununu
bol-bol, rahat-rahat göstәrә bilәcәyi, hәr kәsin başına
toplaşıb xoş söhbәtlәrinә dala bilәcәyi yarıtürk, yarıәcnәbi
müsafirlәrlә dolu salonlara aparan ünvanlara yönәltdilәr.

31 mart üsyançılarını öldürmәk üçün İstanbul küçә-
lәrinin altını üstünә çevirdiklәri, Millәt Mәclisinin qәh-
rәman kimi alqışlayıb özünә sәdr seçdiyi inqilabçı, hür-
riyyәtçi, cәsur qәzetçi Osmanlı dövlәtinin borclularının
bir qisminin vәkilliyini vә mәmlәkәti soyub soğana
döndәrәn ehtikara qarşı mübarizә komissiyasının rәisliyini
sevә-sevә qәbul etdi. Bununla yanaşı, hәm dә tez-tez
müxtәlif xarici sәfәrlәrә göndәrilәn mәtbuat vә mәdәniyyәt
heyәtlәrinin әvәzedilmәz rәhbәri oldu. Onu Türkiyәdә,
İstanbulda tapmaq artıq müşkül işә çevrilmişdi.

Malta sürgünü atamın bu dostu üçün müәyyәn
mәnada bir istirahәt, dincәlmәk fürsәti idi. Xәstә
Şeyxülislam Xeyri Əfәndi1 istisna olunmaqla, başda
sәdrәzәm vә dövrün bir çox tanınmış insanları, sözün
hәqiqi mәnasında “Polveriste” qışlağının rütubәtli, daş
otaqlarında, koridorlarda, divarlarla arası kәsilib üstü
tәlәsik örtülәn qapalı hәyәtlәrdә tam bir hәbsxana
hәyatının zillәtinә dözdüklәri halda, o, Maltanın xoş ha-

1 Şeyxülislam Xeyri Әfəndi (1867-1921) – Osmanlı din və siyasət adamı. 1914-
1916-cı illərdə şeyxülislam İttihadçılarla arasında yaranan anlaşılmazlıq üzündən
vəzifəsindən ayrılmışdı. Müttəfiqlər İstanbulu işğal etdikdən sonra Malta
sürgününə göndərilmişdi.

187
   182   183   184   185   186   187   188   189   190   191   192