Page 188 - book-online
P. 188
ìÿä Àüàîüëó
valı, mәnzәrәli bir tәpәsindә, abad, yaraşıqlı, hә a dәb-
dәbәli sayılacaq villada yanına gәtirdiyi ailәsi ilә birlikdә
yaşayırdı. Bu şәrait atamın dostuna rәsmi vәzifәsi sayә-
sindә yaradılmışdı. Çünki o, Osmanlı imperatorluğuna
borc vermiş Osmanlı vәtәndaşlarının vәkili idi. Tutduğu
vәzifә atamın dostunu vaxtı ilә Osmanlı dövlәtinә borc
verәn vә indi onun üzәrindә tam qәlәbә çalan mü әfiqlәrlә
dә eyni sәviyyәyә qaldırmışdı. O isә imperatorluğu
parçalayacaq sülh anlaşmasının imzalanmasını gözlәyәrәk
әhvalını әsla pozmadan sakit tәrzdә evinin pәncәrәsindәn
mәmlәkәtinin üfüqlәrinә baxırdı.
Atamın, bu dostu ilә bağlı bir acı xatirәsi dә Malta
әsarәtindәn qalmışdı.
Kitabımın “Doktorluq vә siyasәt” adlı hissәsindә bәhs
etdiyim hadisә – atamın gözündә әmәliyyat aparılması
üçün “buradan qurtular-qurtulmaz ilk imkan düşәn
kimi qaytarılması, bu mümkün olmasa, uşaqlarımın
sәnә, ikimiz dә hәyatda olmasaq, mәnim uşaqlarımın
sәnin övladlarına ödәmәlәri vә bu barәdә hәbsdәki
bütün yoldaşların şahidliyi ilә sәnәd tәrtib edilmәsi”
şәrti ilә borc pul istәdiyi, amma rәdd cavabı aldığı qә-
zetçi hәmin bu dostu idi.
Atam xatirәlәrindә hәmin hadisәdәn dәrin bir incikliklә
bәhs edir, dostunun “Belә zamanda insan insandan borc
pul istәrmi?” – deyәrәk üzünü yana çevirmәsinin özünü
daxildәn necә yıxdığını, yerdәn-yerә vurduğunu hәzin,
amma hәzin olduğu qәdәr dә hiddәtli dillә tәsvir etmişdi.
Qurtuluş günü çatdıqda sürgünlülәrin çoxu ilә birlikdә
bir gecәyarısı onu da İtaliya limanlarından birinә buraxan
ingilis torpedosundan çıxar-çıxmaz, әksәriyyәtinin cibindә
188