Page 192 - book-online
P. 192
ìÿä Àüàîüëó

zaman bir daha siyasәtә baş qoşmamaq, bütün ömrünü
sәnәtә, elmә, fikrә bağlamaq haqda sәmimi bir qәrar
vermişdi. Lakin bu mәşğuliyyәtlәr hәyatını istәdiyi
şәkildә tәmin etmәk imkanı açmırdılar. Halbuki ayaqda
qalması, yaşaması lazım idi. Hәm dә hәyatının bәzi
qısamüddәtli dövrlәrini istisna etmәk şәrti ilә hәmişә
yaxşı yaşamışdı. O halda, ilk öncә kimsәyә möhtac ol-
madan güzәranını qurmaq, sonra da әski rahat, firavan
günlәrinә bәlli ölçüdә yaxın hәyat şәrtlәrini tәmin edәcәk
başqa iş dә tapmalı idi. Bu işin yalnız ticarәt ola bilәcәyini
düşündü. Bir yandan artıq qәrar verdiyi ticarәtin ardına
düşәrkәn, o biri tәrәfdәn dә, hәqiqәtәn, mühüm sayıla
bilәcәk bir fәaliyyәtә başladı.

Malta vә Çorumda , Qәrbin bir sıra böyük filosoflarının,
sәnәtkarlarının, romançı vә tarixçilәrinin әsәrlәrini ala-
tәlәsik, qәlәminin şöhrәtinә әsla yaraşmayan tәrzdә,
çoxlu dil vә mәna yanlışlıqları ilә türkcәyә çevirmişdi.
Bunları “Oğlumun kitabxanası” ümumi adı altında seriya
kimi nәşr edәcәk, hәm dә hәftәlik, yaxud aylıq bir dәrgi
çıxaracaqdı. Tәzadlar adamı bu dәfә dә bir az hәzin, bir
az gülünc ziddiyyәtlәr arasına düşmüşdü.

“Oğlumun kitabxanası” başdan-başa azad fikirlәr
tәbliğ edәn әsәrlәrdәn ibarәt olduğu, "Fikir hәrәkәtlәri"1
dәrgisi insan hürriyyәtinә qarşı çıxan bütün mәzhәblәrlә
mübarizә bayrağı qaldırdığı halda, bu nәşrlәrin sahibi
kommunist dövlәtin (keçmiş SSRİ nәzәrdә tutulur –
V.Q.) İstanbuldakı ticarәt nümayәndәliyinә bәnzәyәn
bir büro tapıb Rusiya ilә ticarәtә girişdi.

"Fikir hәrәkәtlәri" mәcmuәsinin nәşrinә başlayarkәn
әlindә bu işә kifayәt edәcәk qәdәr pulu yox idi. Yardımına

1 "Fikir hərəkətləri" – 1933-1940-cı illərdə Ankarada nəşr olunan həftəlik ictimai-
siyasi dərgi

192
   187   188   189   190   191   192   193   194   195   196   197