Page 195 - book-online
P. 195
Àòàìûí äîñòëàðû
yardımına möhtac qalıblar.
Sağlığında ikimizin arasında olan bu söhbәti açıqlaya
bilmәzdim. İndi tarixin malıdır, olduğu kimi yazmağım
gәrәkdir.
Amma bu intiqamı kimdәn aldı? Bir vaxtlar İstiqlal
Mәhkәmәsinin önündә “Mәni dilsiz bir kin tәqib edir” –
deyә işarә vurduğu kimsәdәnmi? Halbuki daha sonra
hәmin o kimsә üçün “Türk millәtinin qismәtinә düşәn
әn böyük tale” – dediyi zaman yenә dә özü öz yalanını
çıxarmışdımı? O sәssiz kinin daimi tәqiblәrinә bu sözlәrlә
haqq qazandırmışdımı?
Atatürkün ölümündәn sonra Böyük Millәt Mәclisinin
üzvlәri sırasında yer aldı. Lakin düz 1950-ci ilә qәdәr
yenә dә eynәn Birinci Dünya müharibәsindә, i ihadçılar
zamanında olduğu kimi, onu Mәclisdә vә Türkiyәdә
çox az gördülәr. Hә a on ildәn artıq sürәn millәt vәkilliyi
dövründә bir dәfә dә olsun, seçildiyi bölgәyә baş
çәkmәdiyini deyәnlәr kifayәt qәdәrdir.
14 may 1950-ci il seçimlәrindә atamın dostu bu dәfә
Ankaradadır. Qәlәminә ehtiyac duyulub. “Ulus”1 qәzetinin
baş redaktoru olacaq, Xalq Partiyasını vә onun şefini
müdafiә edәcәk.
Etiraf etmәliyәm ki, qәlәmi yenә kәskin, üslubu
cәlbedici, dili acı vә zәhәrli idi. Əgәr bir yazı-pozu
adamına qәlәminә görә yaş verilsәydi, atamın dostu
otuz yaşında sayıla bilәrdi.
Uzun iqtidar illәrinin gәtirdiyi alışqanlıq, özünә
güvәnmәk vә qürurlu davranmaqla – bir sözlә, istәnilәn
yolla yenә әllәrindәkini qoruyub saxlayacaqlarını
1 "Ulus" – 1920-ci ildən etibarən Türkiyədə nəşr olunan həftəlik qəzet
195