Page 191 - book-online
P. 191
Àòàìûí äîñòëàðû

sәbәbindәn barmağının olmadığı” mәntiqinә әsaslanıb
çıxarılan bәraәt qәrarı, tәbii ki, bu "sәssiz kinin" tәzahürü
ola bilmәzdi.

Çoruma dönmәdәn öncә o da İstiqlal Mәhkәmәsinin
çәngindәn qurtaran әski i ihadçılar kimi anamın “isti
şorbasını” vә “Azәri plovunu” yemәk üçün Keçiörәndәki
evimizә gәlmişdi. Birinci Dünya müharibәsinin dimdik
yeriyәn, başı göylәrdәn aşağı enmәyәn әdib-qәzetçisi,
bir sözü iki olmayan qürurlu siyasәtçisi indi az danışan,
çox düşünәn, tәvazökar insana çevrilmişdi. Siyasәtә
nifrәt etdiyini, bundan sonra özünü yalnız әdәbiyyata,
elmә, sәnәtә vermәyә israrlı olduğunu söylәyirdi.

Onun sakitcә bir kәnara çәkilib gözlәmәk dövrü
Atatürkün ölümünә qәdәr çәkdi. Hәmin tarixdәn sonra
isә qәlәmi, vücudu vә iri, gursaçlı başı ilә yenidәn siyasi
hәyatın mәrkәzinә atıldı, böyük hәyәcan, sevinc vә
sәadәt içәrisindә qәzetini artıq üçüncü dәfә çıxarmağa
başladı. İndi ölkә tarixindә qaranlıq bir dövrün başa
çatdığını hәr kәsә az qala bağıra-bağıra anladırdı.

Nә qәdәr qәribәdir ki, onu qovalayan “dilsiz kinin”
bәzi qurbanları Atatürk ölәndә böyük öndәrin yerinә
atamın sürgün illәrindә türk aydının dilindә vә qәlәmindә
әfsanәyә çevrilәn qәzetçi dostunu keçirmәyi belә
düşünmüşdülәr! Bu insanlar az zaman sonra onun
tәqiblәrindәn fәryad etdiyi "dilsiz kinin" hәr tәrәfdә
yenidәn üzә çıxdığını görәndә sadәcә dәliyә dönmәklә
qalmadılar. Hәm dә usta qәzetçinin İstiqlal Mәhkәmәsi
dövrünün bütün mәsuliyyәtini – tәhdidlәri, qorxuları,
edamları, dar ağacları, zopaları ilә birlikdә ölәnin (Atatürk
nәzәrdә tutulur – V.Q.) çiyinlәrinә yüklәmәyә çalışdığını
heyrәtlә seyr etdilәr.

Çorumdakı sürgün hәyatını bitirib İstanbula döndüyü

191
   186   187   188   189   190   191   192   193   194   195   196