Page 189 - book-online
P. 189
Àòàìûí äîñòëàðû

beş qara quruş olmayan yoldaşlarına, hә a “Allah ama-
nında qalın!” – demәdәn ailәsi, uşaqları ilә birlikdә yum-
şaq yataqlı vaqona atlanıb birbaşa Avropa paytaxtlarına
yollanmışdı.

Atamın dostu zәfәr qazanılana qәdәr Türkiyәyә dön-
mәmişdi. Yalnız mәmlәkәtdә әmin, rahat, hüzur içindә
yaşamaq imkanı yarananda İstanbula qayıtmışdı. Bu
arada Böyük Millәt Mәclisi Hökumәti Lozanna kon-
fransına hazırlaşırdı. İngilis, fransız vә italyanlarla bir
çox sahәlәrdә danışıqlar apara bilәcәk mütәxәssislәrә
böyük ehtiyac vardı.

Maliyyә mәsәlәlәrinin yoluna qoyulması üçün ilk
ağla gәlәn adam atamın dostu ilә әski maliyyә naziri
Cavid bәy olmuşdu. Biri uzun illәr imperatorluğun
Maliyyә Nazirliyini idarә etmiş, maliyyә mәsәlәlәrindә
geniş bilik vә tәcrübәsi ilә tanınmışdı. Digәri isә aydın
mәsәlәdir ki, “Düyuni-ümumiyyәni” – yәni dövlәt
borclarının mahiyyәtini yaxşı bilirdi. İsmәt Paşa ilә
birlikdә Lozannaya getdilәr. Lakin "Nә baş verdi,
ortalıqdan nәlәr keçdi, kim haqlıdır?" – tipli suallara hә-
lә dә tam vә aydın cavab verilmәdiyi şәraitdә cәrәyan
edәn bir sıra hadisәlәrdәn sonra onların ikisinin dә
rәhbәr heyәtin tәrkibindәn, az qala qovulubmuşlar kimi
uzaqlaşdıqlarının şahidi oluruq. Ardınca da hәr ikisi
üçün taleyin yeni oyunları üzә çıxmağa başladı. Hәmin
oyunlar Cavid bәyi Mәclis kürsüsündәn Vәtәnә xәyanәt
i ihamı ilә dar ağacına apardı. Dostu isә bu sıralarda
qәzetinin çapını yenidәn bәrpa edib Xilafәt ideyalarını
dәstәklәmәk yolunu tutdu. Sadәcә bununla da kifa-
yәtlәnmәdi. Ağa xana casusluq etmәk şübhәsi ilә әvvәlcә
İstanbul İstiqlal Mәhkәmәsi qarşısına çıxarıldı. Daha

189
   184   185   186   187   188   189   190   191   192   193   194