Page 185 - book-online
P. 185
Àòàìûí äîñòëàðû
lәrkәn dәrhal o birisi yada düşәn әn yaxın dostu mәrhum
Cavidin faciәli aqibәtindәn dә yenә çoxlarının gözlә-
mәdiyi halda bir tәsadüf nәticәsindә qurtula bildi. Hal-
buki hәr ikisinә bәslәnәn әdavәt vә düşmәnçiliyin dәrәcәsi
sәrtlik baxımından o qәdәr dә fәrqli deyildi. Sonra әlli
ildәn bәri adı türk әdәbiyyatı, türk fikir hәrәkatı, Tür-
kiyәnin siyasi tarixi içindә davamlı xatırlanan bu adam
böyük türk vәtәninin yalnız kiçik bir hissәsini, o da
hәmin yerlәrdә sürgündә olduğuna görә tanıya bilmişdi.
Atamın bu dostu ruh vә fikir tәzadları üstündәn
dövrdәn-dövrә, ideyadan-ideyaya biri-birinin yanı ilә,
yaxud tam tәrs istiqamәtdә çapan atların birindәn digәrinә
sıçrayan canbaz mәharәti ilә tullanmağı bacarırdı.
Hәr kәsin sәltәnәt vә Xilafәti milli birliyin, hә a
qurtuluşun tәk çarәsi kimi gördüyü illәrdә Cümhuriyyәt
ideyasını o, ortaya atmışdı. Cümhuriyyәt qәbul vә elan
olunduğu zaman isә hәlә Türkiyәdә belә tipli dövlәt
quruluşunun vaxtının gәlib çatmadığını yazmaqdan
çәkinmәmişdi. Hә a bu da azmış kimi, redaktorluğu
altında çıxan qәzetdә xalqı Xilafәt ideyasının әtrafında
birlәşmәyә çağıran yazılara geniş yer verirdi.
Zaman keçirdi. Bu dәfә o, Atatürkün qarşısına
demokratiya idealının yeganә qәhrәmanı kimi çıxır,
demokratiya uğrunda mübarizәdә әn qorxunc bәlalara
qatlaşmağı göz önünә alırdı. Amma cәmiyyәtimizdә bu
ideal tәdricәn gerçәklәşmәyә başlayanda tәkpartiyalı
sistemin bәzi üstünlüklәrini müdafiә mәsәlәsindә dә
heç bir tәrәddüdә yol vermirdi.
Ruhundakı tәzad fırtınalarının onu pis vәziyyәtә
saldığı mövzulardan biri dә latın hәrflәrinin qәbulu ilә
bağlı olmuşdu.
Latın hәrflәrinin qәbulunu istәyәn Atatürkә qarşı
çıxışı da, bunun müqabilindә aldığı qarşılıq da eyni dә-
185