Page 181 - book-online
P. 181
Àòàìûí äîñòëàðû

DOQQUZUNCU BÖYÜK MİLLƏT
MƏCLİSİNİN ƏN YAŞLI ÜZVÜ

Möhtәrәm Millәt Mәclisinә sәdrlik etmәk
şәrәfini seçim nәticәsindә qazanmadım. Uca
kürsüyә ancaq bir mәrasim tәlәbi, nәhayәt,
taleyin vә tәsadüfün bir cilvәsi nәticәsindә oturmuşam.
Bu sәbәbdәn qarşınızda siyasi bәyanatla çıxış etmәyә
özümü o qәdәr dә haqlı görmürәm. Sadәcә, hamınıza
bir daha "Xoş gәldiniz!" deyirәm, mәmlәkәtә daha yaxşı,
daha xeyirli xidmәt göstәrmәyinizi arzu edirәm. İndi isә
gündәlikdәki mәsәlәlәrә keçirәm".

Kürsüdәn bu sözlәri söylәyәn adama diqqәtlә
baxırdım. Kiçik burunla o yuvarlaq, geniş alnın, yox
deyilәcәk çәnә ilә o tәpәdәn çiyinlәrә doğru böyüyәn
başın, balaca gözlәrlә aslan yalına bәnzәyәn saçın nә
әlaqәsi ola bilәrdi? Bu burun, ağız, çәnә, gözlәr qarşımız-
dakı böyük başa sanki ayrı-ayrılıqda yapışdırılmışdı. Bu
başla üz arasında ahәngsizlik uzun bir hәyatın çeşidli
tәzadlarını ilahi hökmün damğası halına gәtirmişdi.
Bәlkә, özü dә yaşadığı taleyin ağırlığını, acısını, qәribәliyini
әn yaşlı millәt vәkili kimi Doqquzuncu Böyük Millәt
Mәclisinә sәdrlik etdiyi gün anlamışdı? Böyük qismi
özününkülәrdәn olmayan, әksәriyyәti, yәqin ki, onu ilk
dәfә görәn Mәclis üzvlәri qarşısında taleyinin bir heykәli
kimi dayanmışdı. Uzun iqtidar illәrinin yorub әldәn
saldığı insanları dәstә ilә süpürüb bir kәnara atan son
seçim nәticәsindә yetmiş beş illik ömrü gedәnlәrlә
gәlәnlәr arasında körpüyә çevrilmәk vәzifәsini öz üzәrinә
götürmüşdü. Əslinә baxanda özünü nә gedәnlәrdәn

181
   176   177   178   179   180   181   182   183   184   185   186