Page 177 - book-online
P. 177
Àòàìûí äîñòëàðû

fikir kәndirbazlığı elәdi: bir müddәt әvvәl vahid müxalifәt
cәbhәsi yaratmaq istәdiyi silahdaşlarını başına toplayıb
"İşlәrin gedişi xoşuma gәlmir. Tәcili vәziyyәti düzәltmәk
lazımdır. Amma bizim müxalifәt hәmişә yaxasını kәnara
çәkib tәmiz görünmәk istәyir. Mәn tәmiz görünmәk
istәmirәm" – deyib hakimiyyәtә qoşuldu.

Ancaq hesablarının әn mühüm nöqtәsindә yanılırdı.
Tutduğu yolun tezliklә özünü Xalq Partiyasının liderliyinә
götürәcәyini düşünürdü. Hәqiqәtdә isә bu yol onu tam
әksinә, partiyanın başında olanların, daha dәqiq desәk,
partiyanın tәk başçısının qucağına atmış oldu. Qarşı
tәrәfin hesablamaları dәqiq çıxdı. Rәqibi bilirdi ki, ölkә-
dә demokratik nizam tez-gec qurulacaq. Sadәcә bütün
baş verәnlәrdәn özünün zәrәr görmәmәsi lazımdır! Belә
olduğu tәqdirdә zaman qazanmaq mәcburiyyәtindә idi.
Yaranmış fasilә zamanı müxalifәtin hücumlarını tam
dayandırmağı bacarmasa da, zәiflәdә bilәrdi. Digәr
tәrәfdәn, Xalq Partiyası daxilindә başda o olmaqla qarşı
çıxa bilәcәk insanları nüfuzdan salar, xalqın nәzәrindә
hörmәtsiz, etibarsız edib siyasi sәhnәdәn uzaqlaşdırar-
dı.

Xalq Partiyasının şefi planını hәyata keçirәrkәn
partiyanın әski baş katibini әvvәlcә müxalifәtin önünә
çıxaracaqdı. Onun әli ilә gördüyü sәrt tәdbirlәr nәticәsindә
müxalif qüvvәlәri bir qәdәr geri oturdacaqdı. Sonra isә
özü hadisәlәrә müdaxilә edәrәk artıq siyasi rәqiblәrinә
qarşı sәrt vә amansız münasibәt tәrәfdarı kimi tanınan,
bunun da nәticәsindә xalqın, partiyanın gözündәn tamam
düşәn silahdaşını sıxışdırıb yenә arxa plana keçirәcәkdi.
Bu yolla da bir güllә ilә iki, hә a üç dovşan vuracaqdı.

Düşünülmüş plan әsasәn uğurla icra edildi. Əski baş
katib artıq ölkәnin baş vәkili idi. Ürәyindә tutduğu

177
   172   173   174   175   176   177   178   179   180   181   182