Page 178 - book-online
P. 178
ìÿä Àüàîüëó

hәdәfә çox yaxınlaşmışdı. Hökumәt vә partiya, demәk
olar, ovcunun içindә idi. İndi hәyata keçirәcәyi tәdbirlәrlә
mәmlәkәtdә sabitlik vә hüzuru qoruyub saxlayacaq,
"dәmir pәncәli baş vәkil" adını qazandıqdan sonra isә
hәr şeyә qeyd-şәrtsiz hakim olacaqdı!

Lakin o, dövlәt xadimi üçün son dәrәcә vacib sayılan
әn adi keyfiyyәtlәrdәn mәhrum bir adamın günün birindә
mütlәq düşәcәyi uçuruma hәr kәsin ehtimal etdiyindәn
daha sürәtlә yuvarlandı. 7 sentyabr qәrarları1 kimi
mәmlәkәtimizin bağrında dәrin yaralar açan iqtisadi
addımları tәsvib etdi. Sonra da müxalifәti lazım gәldiyi
tәqdirdә İstiqlal Mәhkәmәlәrinin yenidәn qurulması ilә
hәdәlәmәkdәn çәkinmәdi. Hә a müxalifәt liderini
alqışlarla qarşılayan xalqa atәş açmaq sәlahiyyәti әldә
etmәk üçün bәzi tәdbirlәr görmәyә çalışdı. Bunlar azmış
kimi, әn sonda bir çox qәzetlәrin müxbirlәrini kütlәvi
şәkildә mәhkәmәyә çәkmәk qәflәti göstәrdi.

Bütün sәylәrinә baxmayaraq, Cümhuriyyәt Xalq
Partiyasının şefi İsmәt Paşa hәyata keçirdiyi tәdbirlәri
yetәrli görmәmişdi. Paşa müxalifәtin әn şiddәtli, әn
amansız zәrbәlәrә mәruz qoyulmasını istәyirdi! Hә a
bu mәqsәdlә müxalifәtin belinә dövlәtә, hökumәtә,
rejimә üsyan i ihamı yüklәmәk niyyәtindә olduğunu
da gizlәtmirdi. Eyni münasibәti öz baş vәkilindәn dә
açıq şәkildә tәlәb edirdi. Lakin daxili işlәr nazirinin
müxalifәtin fәaliyyәti barәdә hazırladığı arayış oxunarkәn
baş vәkil mәtndә tәsadüf olunan "üsyan", "anarxiya",
"hökumәti devirmәk" kimi ağır vә hәqiqәtdәn uzaq olan

1 İkinci Dünya müharibəsi başa çatdıqdan sonra, 1946-cı il, sentyabrın 7-də türk
lirəsinin ABŞ dollarına və ingilis funt-sterlinqinə nisbətdə kursunun sərbəst
buraxılması, savaşla bağlı bir sıra mal və məhsulların satışına qoyulan
məhdudiyyətin aradan qaldırılması nəzərdə tutulur.

178
   173   174   175   176   177   178   179   180   181   182   183