Page 183 - book-online
P. 183
Àòàìûí äîñòëàðû
Çox gәnc yaşda fikir, sәnәt adamı kimi özünü göstәrә
bildi. “Sәrvәti Fünun” vә “Ədәbiyyati-Cәdidә”dә1 iştirakı
zamanı bu әdәbi mәktәblәrin insanları alışdıra bildiklәri
dil yükündәn daha çox azad olmağı bacaran qәlәm
sahiblәrindәn biri kimi şöhrәt qazandı. Digәr tәrәfdәn,
cәmiyyәt, hökumәt, siyasәt kimi mәsәlәlәrlә bağlı
qoşulduğu fikir toqquşmaları zamanı nümayiş etdirdiyi
mәntiq, fikir ardıcıllığı vә nәhayәt, qarşısındakını bircә
anın içindә әn zәif yerindәn yaxalayaraq incә zarafatlar
yağmuru altında islatmaq hünәri ilә dәrhal seçildi. Bu
qabiliyyәtlәrin üzәrinә diqqәtçәkici vücudu ilә özünә-
mәxsus düşüncә tәrzi dә gәlincә, İkinci Mәşrutiyyәtdәn
öncә Osmanlı imperatorluğunun ümid bağladığı insanlar
sırasına daxil oldu.
Atamla dostluğu, demәk olar ki, hәr zaman rәsmiyyәt
hüdudları daxilindә qaldı. Biri-birini az sevdilәr. Hә a
deyә bilәrәm ki, o, atamı heç sevmәdi. Zatәn İ ihad vә
Tәrәqqi dövründә milliyyәtçilik әqidәsi, habelә bu әqidәni
müdafiә edәnlәr bir tәrәfdәn Mehmet Akif, Süleyman
Nazif kimi Osmanlı ümmәtçilәri, digәr tәrәfdәn isә başda
Tevfik Fikrәt2 olmaqla "bәşәriyyәtçilәr" (kosmopolitlәr –
V.Q.) adlandıra bilәcәyimiz vә “Sәrvәti-fünun” әdәbi
mәktәbinin mühüm hissәsini dә öz tәsiri altına alan fikir
vә әdәbiyyat zümrәsi tәrәfindәn soyuq qarşılanmışdı.
Bir neçә tәsadüfü çıxmaq şәrti ilә әksәr hallarda nәzakәt
vә tәrbiyә duyğusunu heç zaman sәrf-nәzәr etmәyәn bu
1 Sərvəti-fünun" – əsası 1889-cu ildə türk qəzetçisi Әhməd İhsan tərəfindən
qoyulmuş ədəbi-bədii və ictimai-siyasi məcmuə. Sonrakı illlərdə Osmanlı
ədəbiyyatının məzmun və şəkil baxımından yeniləşməsinin – yeni ədəbiyyat
(ədəbiyyati-cədidə) cərəyanının əsas ruporuna çevrilmişdi. Dövrün bir sıra yenilikçi
şairləri bu dərgi ətrafında toplaşmışdılar.
2 Tevfik Fikrət (1867-1915) – türk şairi, ictimai xadim, müəllim və naşir
183