Page 184 - book-online
P. 184
ìÿä Àüàîüëó

fikir çarpışmasının ruhlarda doğurduğu davamlı nәticә
isә sevgisizlik şәklindә meydana çıxdı.

Atamın bu dostu da “Sәrvәti-Fünun”un üzdә olan,
tanınan simalarından idi. Hisslәri, tәmayüllәri baxımından
milliyyәtçilikdәn xoşlanmırdı. Bundan başqa atamla
onun arasında xarakter, xasiyyәt nöqteyi-nәzәrindәn dә
böyük fәrqlәr vardı.

Atam cәmiyyәt içindә tәzadları o qәdәr dә gözә çarp-
mayan, düşüncәlәri ilә hәrәkәtlәri arasında ahәngi
qorumağı bacaran insandı. Dostu isә tәzadları, qüruru,
eqoizmi ilә әn yaxın adamlarına qәdәr hәr kәsi, o
cümlәdәn atamı da özündәn uzaqlaşdırırdı.

Lakin bu xarakterin yaratdığı tale özünün sonsuz
keşmәkeşlәri, qabarma vә çәkilmәlәri ilә bütöv bir hәyat
boyu silahdaşlarını, ideya dostlarını, hә a çağırışlarının,
tәlqinlәrinin tәsiri altında hәr tәrәfә hәmlәlәr edәn bәzi
vәtәndaşları tәsadüfi güllәlәrdәn tutmuş asılmağa qәdәr
müxtәlif ölümlәrin, aclıqdan sürgünә qәdәr hәr növ
fәlakәtlәrin, mәhrumiyyәtlәrin әsirinә çevirdiyi halda,
onu daim dimdik ayaqda tutur, bütün bәlaların içindәn
bәzәn insan ağlına sığmayacaq tәrzdә sıyırıb çıxarırdı.

31 mart üsyanı1 zamanı onun yerinә bir başqasını
vurdular. Mütarikәdә Malta әsarәtini Osmanlı dövlәtinә
borc verәnlәrin vәkili sәlahiyyәtlәrinin kölgәsindә sanki
bir kurort hәyatı kimi yaşadı. Uzun illәr birinin adı çәki-

1 Miladi təqvimlə 1909-cu il, aprelin 13-də (həmin dövrdə Osmanlı imperiyasında
qüvvədə olan hicri təqvimlə 31 mart, 1325-ci il) İstanbul qarnizonu üsyan qaldı-
raraq şəriət qanunlarına əməl olunması, gənc türklərin – İttihad və Tərəqqi liderlə-
rinin və onlara rəğbət bəsləyənlərin ölkədən çıxarılmasını tələb etmişdi. Sultan
Әbdülhəmid onların tələblərini dərhal yerinə yetirdi. Gənc türklərin liderləri Salonik
və Әdirnədəki hərbi qüvvələr əsasında "Hərəkət ordusu" yaradaraq İstanbul
üzərinə yürüdülər. Nəticədə Sultan Әbdülhəmid devrildi, taxta onun qardaşı V
Mehmet çıxdı və hakimiyyətə nəzarət gənc türklərin əlinə keçdi.

184
   179   180   181   182   183   184   185   186   187   188   189