Page 186 - book-online
P. 186
ìÿä Àüàîüëó

rәcәdә haqsız idi. Bir zamanlar latın әli asına keçidi
mәdәni dünyaya qovuşmağımızın başlıca şәrtlәrindәn
biri sayan bu adam indi onun hәqiqәtә çevrilmәsi anında
bir yığın yersiz vә qәribә tәrәddüdlәrin içindә batıb
qalmışdı. Hәr vәchlә xalqı, tutulan yolun doğru olmadığına
inandırmağa çalışırdı. Hәm dә bütün bunları edәrkәn
qarşısındakı adamın Ənvәr Paşa olmadığını yaxşı
anlayırdı. Atamın vaxtı ilә “Münfasil (bir-birindәn ayrı
yazılan – V.Q.) hәrflәri” qәbul etdirmәk istәyәn Ənvәr
Paşanı “Bilmәdiyiniz işlәrә qarışmayın” – şәklindә sәrt
tәrzdә fikrindәn daşındıran dostu yalnız Atatürkdәn
aldığı cavabdan sonra bu iki hәrbçi arasındakı fәrqi
anlamışdı. Amma tәәssüflәr olsun ki, belә sadә hәqiqәtin
fәrqinә çox gec varmışdı. Çünki artıq Atatürklә hәyatı
boyu bir dә heç zaman üz-üzә gәlmәyәcәkdilәr.

Atamın dostunun bir-birindәn mürәkkәb fikir vә
tәzadları arasında yenә dә hәr zaman ayaqda dimdik
qala bilmәsinin sәbәblәri nә ola bilәrdi? Hәlә İ ihad vә
Tәrәqqi dövrü başlamamışdan әvvәl özlәrini göstәrәn,
i ihadçılar dövründә isә daha çox mәşhurlaşan “dev
qәzetçilәr” arasında qәlәmindәn çox mәharәtlә istifadә
etmәyi bacardı. Allah sanki atamın bu dostundan gözәl
nitq qabiliyyәtini, xitabәt qüdrәtini әsirgәdiyinә peşman
olubmuş kimi, ona hәr ikisindәn daha qüdrәtli başqa bir
imkan – yazmaq hünәri bәxş etmişdi.

İkinci sәbәbә gәldikdә isә bunun köklәrini qürur vә
xudpәsәndlik şәklindә ortaya çıxan çox qüvvәtli eqo-
izmindә aramaq, zәnnimcә, yanlışlıq olmazdı. Bu adamın
nәzәrindә hәr kәs, hәr şey, hәr hadisә yalnız yaxın, ya-
xud uzaqdan özünә, şәxsi istәk vә maraqlarına toxunduğu
tәqdirdә “yaxşı”, “pis”, ”yanlış”, “doğru” ola bilәrdi.

186
   181   182   183   184   185   186   187   188   189   190   191