Page 193 - book-online
P. 193
Àòàìûí äîñòëàðû

yetişәcәk insan, әski dost axtararkәn, ağlına atam gәlmişdi.
Əgәr belә bir mәsәlә ilә bağlı atama ağız açmağı mümkün
saymışdısa, demәli, keçmiş illәrin xatirәlәri yaddaşından
yerli-dibli silinmişdi. Demәli, Maltada sağlam gözünü
xilas etmәk üçün zәruri cәrrahiyyә әmәliyyatının xәrcini
borc kimi istәyәn bir fikir vә tale dostuna o zaman
verdiyi cavabı tamam yaddan çıxarmışdı.

Atam dostuna xatirәsindәn silinәn bu әski hekayәni
xatırlatmışdı.

“Oğlumun kitabxanası” seriyasını tәsis edәrkәn
qәlbindә acı hisslәr vardı. Türkcәyә çevirdiyi kitablara
bu ümumi başlığı hissiyyatlı bir ata kimi düşünmüşdü.
Mәktәb yoldaşım olan oğlu anadangәlmә xәstә idi.
Üstәlik, xanımı da, qızı da xәstә idilәr. Əsәbi, hikkәli,
tәzadlarla dolu bir insan, indi çox ehtiyac duyduğu
yumşaqlıq, hüzur, şәfqәt imkanlarından belәcә mәhrum
olmuşdu. Allah onun iztirab atәşi ilә qovrulan evinә bir
mәlәk göndәrmәsәydi, hәyatının son illәri, bәlkә dә,
büsbütün başqa şәrtlәr altında keçәrdi. Bu mәlәk, gәlini –
oğlunun xanımı idi.

Atamın dostunun arvadı bu gәnc xanımın qollarında
öldü. Oğlu eyni qolların üstündә dünyaya gözlәrini
qapadı. Özü yenә dә eyni qucaqda hәyata vida edib
axirәt evinә köçdü.

İnsan ruhunun anlaşılması çox çәtin, hә a imkansız
halları olur. Bu qәlbin әn dәrin qatlarında baş verәn elә
hesablaşmalar, elә çalxantılar, daşqın vә tufanlar var ki,
bunları hә a hiss etsәniz dә, rәnglәrinin tamlığı,
parıltılarının әlvanlığı ilә anlada bilmәyәcәksiniz. O
dәrinliklәrdә cәrәyan edәnlәr, olub-bitәnlәr bәzәn bir
hәrәkәt, bir baxış, gah bir fәryad, bir fәdakarlıqla –
sözün qısası, hansısa böyük, ya da kiçik hadisә ilә bağlı

193
   188   189   190   191   192   193   194   195   196   197   198