Page 198 - book-online
P. 198
ìÿä Àüàîüëó

Milli Mücadilәdәn sonra Qazinin dili ilә "mәtbuat
azadlığını yenә mәtbuat azadlığı quracaq" deyәrәk әn
geniş qәlәm hürriyyәtini qәbul edәn yeni rejim dә eyni
hava vә eyni mәnzәrә qarşısında qalmışdı. Nәticәdә o
da fikir azadlığını boğmaq, mәmlәkәti yeni 31 mart
hadisәsindәn qorumaq üçün tәqib vә tәzyiqlәri
genişlәndirmәk yolunu tutmuşdu. Atamın dostu tarixin
özünü tәkrarı zamanı Mәşrutiyyәt dövrünün bәzi
qәzetçilәrinin oynadıqları tәhrikedici rolu birincilәr
sırasında, әn fәal ifa edәnlәrdәn biri oldu. Nәticә dә
aşağı-yuxarı eyni şәkildә üzә çıxdı:

Bir zamanlar özünün vә partiyasının qәzetlәrә qarşı
yürütdüyü tәzyiq siyasәtini bu dәfә dә yeni iqtidar ona
vә qәzetlәrә münasibәtdә eyni şiddәtlә hәyata keçirdi.
Atatürkün ölümündәn sonra atamın dostu yenidәn,
hәyatında ikinci dәfә iqtidar adamı olmuşdu. O halda,
demәli, әvvәlki rolunu tәrsinә oynayacaq, mәtbuat
azadlığının әleyhinә çıxacaqdı.

İ ihad vә Tәrәqqi illәrindә qәzetini başqasına satmışdı.
Bir kәnara çәkilmişdi, mәtbuat azadlığına qoyulan
qadağalara qarşı qәlәmi ilә mübarizә etmәmişdi. Əslindә
susması elә iqtidarın fәaliyyәtini bәyәnmәsi anlamına
gәlirdi. Atatürkün ölümündәn sonra isә iqtidarın mәtbuat
vә jurnalistlәr üçün qurduğu planları – fövqәladә vәziyyәt
tәtbiqi ilә qәzetlәrin bağlanmasından tutmuş qәzetçilәrin
tәqib vә hәbsinә qәdәr hәr addımı qәlәmi ilә müdafiә
etmәkdәn çәkinmәdi.

1950-ci il seçimlәri atamın dostuna müxalif qәzet
redaktoru cübbәsini tәkrar geyindirәr-geyindirmәz, Milli
zәfәrdәn sonrakı roluna indi, bәlkә dә, daha böyük
hәyәcan, daha böyük hәvәslә döndü. Fәqәt artıq
qocalmışdı, әsәblәrinә hakim deyildi, yazıları söyüşlәrlә,

198
   193   194   195   196   197   198   199   200   201   202   203