Page 202 - book-online
P. 202
ìÿä Àüàîüëó

özbaşınalıqdan, dәrәbәylikdәn danışırdılar. Söhbәt
qızışdıqca, doktorun sәsi get-gedә yüksәlir, sözlәri daha
tәhdidedici xarakter alırdı. Bir neçә gün sonra onun
Tәlәt Paşa, doktor Nazim bәy vә Ənvәr Paşa ilә müna-
qişәlәri günün әn çox müzakirә olunan, әn çox yayılmış
söhbәtlәrinә, dedi-qodularına çevrilirdi.

İ ihad vә Tәrәqqi iqtidarından heç bir şey istәmәdi.
Dövlәtdә әn yüksәk vәzifәsi vur-tut sәhiyyә Baş müdirliyi
oldu. Bununla yanaşı, öz ailәsinin vә hәr iki xanımının
ailәlәrinin qәdim, әsil-nәcabәtli köklәri ona bütün başqa
üstünlüklәri ilә birlikdә paşalıq ünvanı da qazandırmışdı.
Qazancı vur-tut bu qәdәr idi! Halbuki dövrün diktatorları
onu susdurmaq, sәsini kәsmәk üçün çox şeylәrdәn
keçmәyә hazır idilәr. Lakin o, yola gәlmәk üçün göndәrilәn
tәkliflәrin hamısından qәtiyyәtlә boyun qaçırdı. Bu yolla
da başqalarını istәdiyi şәkildә tәnqid etmәk sәlahiyyәtini
özündә saxladı. Partiyanı, partiya başçılarını, onların
fәaliyyәtini müxtәlif sәbәblәr üzündәn tәnqid atәşinә
tutması İ ihad vә Tәrәqqi әleyhdarlarının doktordan
yararlanmaq ümidlәrini birdәfәlik puça çıxarmışdı. Çünki
son günә qәdәr partiyasının tәrkibindә qalmaq qәrarını
hәlә onun üzvlәri sırasına daxil olduğu ilk günlәrdә
vermişdi. Artıq heç bir qüvvә onu qәrarından döndәrә
bilmәzdi. Partiyanın rәhbәrlәri kimi, әleyhdarları da bu
hәqiqәti yaxşı bildiklәrindәn, kәskin tәnqidlәri qarşısında
söz söylәmәkdәn çәkinirdilәr.

Barışıq dövründә ingilislәr tәrәfindәn yaxalanıb Mal-
taya sürgün edilmәsi hәyatında, hәqiqәtәn, faciәyә
çevrildi. Bir göz qırpımında evini üzlәri-gözlәri, paltarları
rәngbәrәng olan Afrika meşәlәrindәn gәlmiş әsgәrlәr
zәbt etdilәr, onu yatağından qaldırdılar, әyin-başını
geymәyә imkan vermәdәn elә gecә paltarındaca döyüb-

202
   197   198   199   200   201   202   203   204   205   206   207