Page 204 - book-online
P. 204
ìÿä Àüàîüëó
qabağına bir ovuc şәkәr qoyub “Çox çay içdiyinizi gör-
düm, mәn çayı o qәdәr dә xoşlamıram, ona görә dә
şәkәr payımı topladım, sizә gәtirmişәm” – demişdi. Vә
bununla o şәxsin dәhşәtli eqoizmi qarşısında möhtәşәm
nәciblik nümunәsi göstәrmişdi.
Yenә xeyli vaxt partiyanın mәsul işlәrindә çalışmış,
böyük maddi imkanlara malik digәr i ihadçı hәr ay
ünvanına göndәrilәn pulları ehtiyaclarına görә
hәbsxanadakı kasıb yoldaşlarının arasında paylayırdı.
Hәr gecә döşәk, yorğan vә yastıqdan ibarәt әşyalarını
mәhbus dostlarından birinin yanına sürüyüb aparır, bu
vәsilә ilә özü vә başqaları arasındakı fәrqi ortadan
qaldırmağa, unutdurmağa çalışırdı.
Daha bir ibrәtamiz misal:
Anadolu vә Mustafa Kamal Paşanın әllәrindә olan
ingilis әsirlәrini geri qaytarmaq vәdinin qarşılığında
ingilislәr dә Maltadan çıxmalarına qәrar verdiklәri türk
әsirlәrinin bәzilәrini kiçik Britaniya hәrbi gәmisi ilә
gecәyarısı italyan limanlarının birinә gәtirmiş vә sәrbәst
buraxmışdılar. Onların arasından pulu, imkanı olanlar
dәrhal yollarını davam etdirmәk üçün vasitәlәr tapmış,
qalanları “Allah amanında!” – belә demәdәn Avropanın
böyük şәhәrlәrinә üz tutmuşdular. Yollarına davam edә
bilmәyәnlәrin ciblәrindә beş qara qәpik dә yox idi.
Ətraflarını bürümüş italyanların istehzalı baxışları altında
quruyub qalmışdılar. Sonda Romadakı Anadolu
nümayәndәsi Cami bәyә1 müraciәt etmәk qәrarına
gәlmişdilәr. Cami bәy qısa müddәt әrzindә pul
göndәrmişdi vә әksәriyyәti tezliklә Milli Mücadilәdә öz
1 Әbdülqadir Cami Baykurt (1877-1949) – türk hərbçisi, siyasətçi və diplomat.
1920-ci ildə qısa müddət ərzində TBMM hökumətinin daxiliyyə vəkili olmuşdu.
1921-1922-ci illərdə Romada diplomatik nümayəndə kimi çalışmışdı.
204